|

|

Bəhailər öz icmalarında «Bəhai
dininin məqsədi» adlı səhifəmizdə verilən məqsədlərə nail olmaq üçün
yönəlmiş müxtəlif fəaliyyət növləri ilə məşğul olur. Belə fəaliyyət növlərindən
ən mühümləri bunlardır.
Təlim dərnəkləri
Uşaq dərsləri
Ocaq başı görüşləri
On
doqquz
Gün görüşləri
Əlbəttə,
bəhailərin fəaliyyəti yalnız bu fəaliyyət növləri ilə məhdudlaşmır. Bundan başqa
xüsusiyyət və məzmun etibarilə, həmçinin digər görüşləri də – gənclər günləri,
bayramlar və digər müqəddəs Bəhai günlərinə həsr olunmuş tədbirlər və s.
sadalamaq olar.
Təlim dərnəkləri
– bu Bəhai Yazılarını sistematik şəkildə, hərtərəfli öyrənmək istəyən bir qrup
dostların mütəmadi görüşləridir. Bu dərnəklərin məqsədi – Müqəddəs Kəlamın dərin
mənasını anlamaq, dərk etmək, onları ruhani trasformasiya və bəşəriyyətə xidmət
vasitəsilə bizim həyatımızda tədbiq etmək etməkdən ibarətdir.
Bəhai
təlim dərnəkləri kiçik qruplar üçün hazırlanmış xüsusi materiallar əsasında
keçirilir. Təlim prosesinə yanaşma xoş təəssüratlı ruhani atmosferin yaranmasına
əsaslanır. İlk baxışda materiallar çox sadə görünə bilər, lakin təlim prosesi
zamanı anlayırsan ki, bir çox sadə sualları birmənalı cavablandırmaq mümkün
deyil və bu zaman düşüncə prosesinə qərq olursan. Ən əsası odur ki, - heç kəs
sənin fikrini təkzib edə bilməz, çünki Həqiqətin sərbəst axtarışına təkzib yolu
ilə çatmaq mümkün deyil, buna yalnız dərk etmə yolu ilə nail olmaq olar. Bu
halda dərslərin ruhani atmosferi pozulmur, əksinə, bu daha dərin dərk etməyə
səbəb olur. Qrupda liderlik mövcud deyil, əməkdaşlıq hökm sürür və hər bir
əməkdaşın fikri çox qiymətlidir. İştirakçıların heç biri şəxsi fikrinin
xüsusiliyinə iddia etmir.
Öyrənmə
üçün ilk materiallar "Ruhun həyatı haqqında düşüncələr" («Müqəddəs Yazıların
dərk edilməsi», «Dua», «Həyat və ölüm» adlı bölmələrilə), "Xidmətə qalxarkən",
"Uşaqların ruhani tərbiyəsi" (uşaq dərsləri üzrə gələcək müəllimlər və
valideynlər üçün), "Qoşa Zühur" və s.
Təcrübə
göstərir ki, təlim dərnəklərində həm bəhailər, həm də Dinin dostları iştirak edə
bilərlər. Məntiqi əqlə malik olan istənilən ruh həqiqəti duya bilir,
baxmayaraq ki,
Həqiqətə müxtəlif yollarla çatmaq olar. Xüsusilə də çox sevindiricidir ki,
dərnəyin iştirakçıları ruhən bir-birinə çox yaxın olur, onlar sevinc hissi və
yaradılış enerjisi ilə dolurlar və bunu da insanların xeyir və mənfəətinə
yönəltmək istəyirlər. Həzrət Bəhaullah möminlərə məsləhət görürdü: «Bir əlin
barmaqları, bir bədənin üzvləri kimi olun. Sizə Zühurun Qələmi belə tövsiyyə
edir, əgər siz möminlərdənsizsə…»
Bəhai
icmalarında müxtəlif mövzular üzrə təlim dərnəkləri keçirilir. Arzu edən hər bir
kəs Müqəddəs Yazıları öz düşüncələrində hiss edə bilər, söhbətin sevinci və
ruhani yaxınlıqdan həzz ala bilər və Birliyin gözəlliyini duya bilərlər.
Hal-hazırda təlim dərnəkləri Azərbaycanın Bakı və Sumqayıt şəhərlərində
fəaliyyət göstərir.
Təlim
dərnəklərinin
keçirilmə vaxtı və yeri barədə məlumat almaq və dərnəklərə yazılmaq
istəyənlər bizim e-mail ünvanımıza:
weboffice@bahai.az
yaşayış yerini qeyd
etməklə (ölkə, bölgə, şəhər, rayon) yaza bilərlər. Bakı sakinləri 497-30-41;
497-56-26, Sumqayıt sakinləri 5-36-53 saylı telefona zəng edə bilərlər.
Dua görüşləri
– bu mütəmadi, müəyyən
cədvələ uyğun olaraq kollektiv şəkildə dualardır. Bu görüşlərdə dostlar Allahı
tərif edir, bir-birilə öz sevinc, sevgi və dostluq münasibətlərini bölüşürlər.
Dua görüşlərində Həzrət Bəhaullahın, islam, xristian, iudaizm, induizm,
zoraastrizm və buddizmin Müqəddəs Yazılarından parçalar oxunur. Ruhani yaxınlıq
və birlik məqsədilə yer üzündə bütün bəhailər dua görüşləri keçirirlər ki, bu
görüşlərə arzu edən hər bir kəs dəvət oluna bilər.
Dua
görüşlərinin
keçirilmə vaxtı və yeri barədə məlumat almaq istəyənlər bizim e-mail
ünvanımıza:
weboffice@bahai.az
yaşayış yerini qeyd etməklə (ölkə, bölgə, şəhər, rayon) yaza bilərlər. Bakı
sakinləri 497-30-41; 497-56-26, Sumqayıt sakinləri 5-36-53 saylı telefona zəng
edə bilərlər.
Uşaq dərsləri.
Uşaqlar – cəmiyyətin ən
qiymətli resurslarıdır. Uşaqlar cavan ağaclar kimi onlara verilən təhsilin və
göstərilən təsirin istiqamətində böyüyür və inkişaf edir. Bəhai uşaq dərslərinin
məqsədi ruhani cəhətdən sağlam, insanları ayıran təəssübkeşliyi olmayan, Allahın
mərhəməti altında olmaları kimi müsbət və güclü bir inama malik olan,
həyatlarının bəşəriyyətə xidmət olmasını anlayan gənclər yetişdirməkdir. Həzrət
Bəhaullahın təlimi bu dərslərin əsasını formalaşdırır və Yer üzündə tam birlik,
ədalət və sülhün qurulması üçün bir rəhbərlik kimi Həzrət Bəhaullahın və Allahın
digər Elçilərinin təlimini təqdim edir.
Həzrət
Bəhaullah buyurmuşdur: "İnsan misilsiz əlvan daşlarla dolu bir mədənə bənzəyir.
Bu cavahiratlar yalnız təhsil sayəsində əldə oluna bilər və bəşəriyyətin
mənfəətinə kömək edə bilər". Bəhai icmasında uşaq dərslərinin keçirilmə
təcrübəsi göstərir ki, uşaqlarda elə qeyri-adi qabiliyyətlər üzə çıxır ki, hətta
onların valideynləri bu haqda xəbərsizdirlər. Uşaqlar öz təbiətinə görə məhəbbət
və yaxşılığa daha pak və həssasdırlar, bir çox şeyləri onlara hətta başa salmaq
belə lazım deyil – onlar bunu sadəcə olaraq hiss edirlər. Uşaq dərslərində
uşaqlar rəsm çəkir, mahnı oxuyur, musiqi dinləyir, yapır, səhnəciklər qurur,
rəqs edir və bir çox hallarda uşaqlar özləri yeni-yeni yaradıcı təkliflər irəli
sürürlər. Həzrət Əbdül-Bəhanın qeyd etdiyi kimi, musiqi uşaqlara qeyri-adi təsir
bağışlayır. "Musiqi… uşaqların qəlbini fəth edir və ona möcüzəvi təsir
bağışlayır, çünki onların qəlbləri pakdır və gözəl olan hər bir şeyi qəbul edir.
Musiqi onların gizli istedadlarının üzə çıxmasına səbəb olur.”
Bəhailər
cəmiyyətin qanunvericiliyini və insan hüququnu vicdanın ixtiyarına buraxır, ona
görə də uşaq dərsləri o uşaqlarla keçirilir ki, onların valideynləri uşaqların
ümumi dini-mənəvi tərbiyəsinə icazə verirlər. Bəhailər müəyyən bir dinin
üstünlüyü olmadan, bütün dünya dinlərini qəbul edirlər, ona görə də ruhani
tərbiyə demokratik əsaslar üzərində qurulur. Hətta bəhai valideynlər 15 yaşına
qədər öz uşaqlarının dini mənsubiyyətini təyin etmirlər. 15 yaşı tamam olmuş
gənc qız və ya oğlan hər insana öncədən verilmiş sərbəst seçim hüququnu rəhbər
tutaraq bu və ya digər dini özləri seçirlər.
Əgər
valideynlər uşaqlarının dini təhsil almasını istəmirlərsə, bəhailər xüsusi
qruplar hazırlayır ki, bu qruplarda uşaqlar müəyyən kitablar əsasında
ruhani-əxlaqi dərslər keçirlər.
Uşaq
dərslərinin keçirilmə yeri və vaxtı
barədəı məlumat almaq və
onlara yazılmaq istəyənlər bizim email ünvanımıza:
weboffice@bahai.az
yaşayış yerini qeyd
etməklə (ölkə, bölgə, şəhər, rayon) yaza bilərlər.
Bakı sakinləri 497-30-41; 497-56-26, Sumqayıt sakinləri 5-36-53 saylı
telefona zəng edə bilərlər.
Fayersaydlar
(ocaq başı görüşlər) – bu bir bəhai ənənəsidir ki, bütün dünya bəhailəri bu
ənənəni öz icmasında həyata keçirlər. Bəhailərdən istənilən bir kəs, üzərinə bu
öhdəliyi götürərək, istər bəhai, istərsə də qeyri-bəhailəri dəvət edib, Din
barəsində söhbət etmək, dinlə maraqlanan dostlarların suallarını cavablandırmaq,
çətin məsələləri müzakirə etmək, dostluq münasibətlərini inkişaf etdirmək üçün
mütəmadi olaraq bu görüşləri təşkil edir. Bəhai Dinində ayrı-ayrı şəxslər
tərəfindən Müqəddəs Yazıların nüfuzlu şərhinə icazə verilmədiyinə görə, bu
görüşlərdə azad bir abı-hava hökm sürür və heç kəs şəxsi fikrinin daha üstün və
ya son fikir olmasına səy göstərmir. Lakin ən əsası odur ki, bu görüşlərdə
qarşılıqlı mehribançılıq və dostluq abı-havası hökm sürür, mübahisələrə yol
verilmir, "həqiqət mübahisədən doğur" fikrinin söylənilməsinə baxmayaraq, daha
mühüm və aydın olan odur ki, mübahisə zamanı mehriban münasibət itir.
Fayersaylarda, digər müzakirələrdə olduğu kimi, məqsəd – hər bir iştirakçının
özünün haqlı olmasını sübut etmək deyil, həqiqətin birgə axtarışıdır.
Müzakirənin (mübahisənin yox) başqa bir məqsədi qarşılıqlı anlaşma, razılıq və
fikir birliyinə nail olmaqdır. Fayersaydın hər bir iştirakçısı özünün ilkin
mövqeyi ilə nə dərəcədə uyğun olmasından asılı olmayaraq həqiqəti qəbul etməyə
hazırdır. Söylənilən fikirlərdən asılı olmayaraq, fayersayd hər zaman yalnız
qarşılıqlı məhəbbət, hörmət və xeyirxahlıq abı-havasında keçir.
On doqquz Gün Görüşləri və ya On doqquz Gün Ziyafətləri
– bu bəhai möminlərin hər 19 gündən bir, adətən hər bəhai ayının birinci günü
qeyd etdikləri bayramlardır. İcma bu bayramlarda Dua və Müqəddəs Yazıları
oxumaqla, Allahı birgə tərif etməklə, icmanın həyatı haqqında fikirlərlə
bölüşmək üçün toplanır. Bayram qeyri-rəsmi, dostcasına söhbət, ziyafət süfrəsi
və yaradıcılıq nömrələrilə sona yetir.
19 Gün
Görüşlərinin əsası Həzrət Bab tərəfindən qoyulub və Həzrət Bəhaullah tərəfindən
təsdiq olunmuşdur. Bu bayramın əsas məqsədi bütün bəhailərin görüşməsi və
icmanın işlərinin müzakirə etməsidir.
Bayramın
gedişi üç hissəyə bölünür. Birinci hissə ruhani hissədir, buraya dualar və
meditasiya aid edilir. Bu zaman dostlar Bəhai dininin Müqəddəs Yazıları,
həmçinin başqa dinin Müqəddəs Yazılarından parçalar oxuyurlar.
İkinci
hissə inzibati məsələlərə həsr olunur: iştirak edənlər, hətta uşaqlar və
yeniyetmələr də daxil olmaqla, icmanın işlərini müzakirə edir, Bəhai Dünya
xəbərləri ilə tanış olurlar. Yerin Ruhani Məhfilin nümayəndəsi Məhfilin icmanın
ümumi fəaliyyətinə barədə qəbul etdiyi qərarları çatdırır, xəzinədar maliyyə
hesabatını təqdim edir. İcmanın üzvlərinə öz təklif və təşəbbüslərini irəli
sürmək, suallar vermək və Yerli Ruhani Məhfilə müraciəçt etmək təklif olunur.
"Ziyafət
insana cəmiyyətin birgə yaradılması və yeniləşməsi prosesində iştirak etməsinə
kömək edir. İcma həyatının ən dərinliklərində Ziyafət özü-özlüyündə demokratik
meydandır, belə ki, məhz burada Yerli Ruhani Məhfilin nümayəndələri icmanın
üzvlərilə eyni səviyyədə görüşür və onların hər birinə öz fikir və baxışlarını –
yeni sivilizasiyanın yaradılmasına kömək edə biləcək yeni ideya və konstrukitiv
tənqidləri ifadə etmək üçün tam azadlıq verilir."
Bayramın
son hissəsi ünsiyyətə həsr olunur. Bayram süfrəsi və söhbətlərlə yanaşı bu
hissədə musiqi, artistlərin çıxışı, oyunlar və s. əyləncəli nömrələr də daxil
edilir. Bu hissələrin hər üçü Ziyafətin bir-birindən ayrılmaz hissələridir, belə
ki, hesab olunur ki, dualarla yanaşı işlərin müzakirəsi və dostluq ünsiyyəti də
ruhani inkişaf üçün çox önəmlidir.
19 Gün
Görüşləri barədə daha ətraflı məlumatı Ümumdünya Ədalət Evinin «On doqquz Gün
Ziyafəti» toplamasından əldə edə bilərsiniz.
|
 |