|

|

Beynəlxalq Bəhai Cəmiyyətinin (IBC) əsası 1844-cü ildə Bəhai Dini yaranmağla qoyulmuşdu. Bu gün Beynəlxalq Bəhai Cəmiyyəti Ümumdünya Bəhai İcmasını beynəlxalq səviyyədə rəsmi surətdə təmsil edən Qeyri Hökumət Təşkilatıdır.
1945-ci ildə Bəhai Dininin nümayəndələri San-Fransiskoda keçirilən, Birləşmiş Millətlər Təşkilatının əsasını qoyan tarixi konfrasda iştirak etdilər. 1948-cı ildə Beynəlxalq Bəhai İcması BMT-nın ictimai xəbərlər şöbəsinin nəznində ilk dəfə olaraq
Beynəlxalq Qeyri Hökumət Təşkilat kimi qeydə alındı. Bu andan etibarən bəhailərin BMT ilə sıx əməkdaşlığının əsası qoyuldu.
1970-ci ildə
Beynəlxalq Bəhai İcmasına BMT-nin Iqtisadi və Sosial Şurasının nəzdində
(EKOSOS) məşvərətçı status təqdim olundu, 1976-cı ildə isə Beynəlxalq
Bəhai İcması BMT-nın Uşaq Fondunun nəznində
məşvərətçı status aldı.
1989-cu ildə Beynəlxalq Bəhai İcması Ümumdünya Səhiyyə Təşkilatı (ÜST)
ilə əməkdaşlıq əlaqələri qurdu. 1985-ci ildə Beynəlxalq Bəhai İcması
ictimai məlumatlar şöbəsini, 1989-cu ildə ətraf mühütün mühafizəsi üzrə,
1999-cu ildə isə qadinların inkişafı üzrə şöbəni təsis etdi.
Beynəlxalq
Bəhai İcması BMT-nin Bəyannamə məqsədlərini dəstəkləyir və Birləşmiş
Millətlər Təşkilatının fəaliyyətinin geniş miqyaslı məsələlərinin
həllinə cəlb olunmuşdur, bu məsələlərə qadınların inkişafı,
sosial-iqtisadi inkişaf, ətraf mühütün mühafizəsi, insan hüquqları,
əxlaq təlimi, dünyanın qorunması daxildir. 30 il ərzində Beynəlxalq
Bəhai İcması
məşvərətçı və əməkdaşlıq münasibətlərinin əsasında BMT-nin
müxtəlif ixtisaslaşdırılmış təşkilatları ilə bu və digər sahələrdə bəhai
icmalarının təcrübəsi ilə bölüşməyə səy göstərir. 1986-cı ildən 1995-ci
ilə qədər olan müddət ərzində Beynəlxalq Bəhai İcması BMT-nin 140-dan
artıq iclasında iştirak etmiş, 100-dən artıq bəyanatlarla çıxış
etmişdir. 1987-ci ildə BMT-nın Baş Katibi “BMT-nin Baş Assambleyası
tərəfindən elan olunmuş Beynəlxalq sülh ilinin məqsədlərinə və
proqramına Beynəlxalq Bəhai İcmasının mühüm töhfəsini təsdiq edərək” ona
“Sülh Səfiri” fəxri adı vermişdir.
Müxtəlifliklər arasında birliyin qurulması, məşvərət yolu ilə qərarların
qəbul olunması prosesində insanları geniş iştirakına şövqləndirilməsi,
cəmiyyətdə qadınların rolunun artırılması, cinayət və narkotik qəbulunun
azaldılması işində Bəhai icmalarının mühüm təcrübələri vardır. Davamlı
inkişaf, azlıqların huquqlarının qorunması, irqçiliyin ləğv edilməsinin
gücləndirilməsi və insan huququ sahəsində təhsilin yayılması bəhai
fəaliyyətlərinin nümunələridir. Hal-hazırda bəhailər tərəfindən bütün
dünyada 1340-dan artıq sosial-iqtisadi layihələr həyata keçirilir, o
cümlədən səhiyyə, təhsil və ətraf mühitin mühafizəsi sahəsində.
Beynəlxalq
Bəhai Cəmiyyəti ingilis, fransız, rus, ispan və çin dillərində 150-dən
artıq ölkədə yayılan “ONE COUNTRY” hər kvartal çıxan bülleten nəşr
edir. Bir neçə mükafat qazanan bu nəşr bir sıra sosial-iqtisadi
layihələri, BMT sistemindəki münasibətləri və bir çox digər məsələləri
işıqlandırır.
Baha´i Intarnational Community 866 United Nations Plaza, Suite 120; New
York, NY 10017 USA Tel: (212) 756-3500, Fax: (212) 756-3573
|
 |