Azərbaycan Bəhai İcması haqqinda qısa məlumat:

Azərbaycanda Bəhai Dini bu dinin yaranması tarixindən etibarən, yəni 19-cu əsrin ortalarından mövcuddur. Sovet hakimiyyəti dövründə Bəhai dini digər dinlər kimi açıq-aydın yayila bilmirdi. Sovet imperiyası dağıldıqdan sonra və Azərbaycan dövlət müstəqilliyi qazandıqdan sonra ölkədə tədricən dini məzhəblərin sərbəstliyi bərpa olunmağa başladı. 1992-ci il Azərbaycan Respublikası Milli Məclisi Din azadlığı haqqında qərar qəbul etdikdən sonra, Azərbaycan bəhailəri rəsmi olaraq icma yaratmaq imkanını əldə etdilər. 1993-cü ildə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Kollegiyasının qərarı ilə Bakı Bəhailərinin fəaliyyətinə rəsmi icazə verildi. 2002-ci ildə Azərbaycan Respublikasının Dini Qurumlarla iş üzrə Dövlət Komitəsində Bakı İcması təkrar qeydiyyatdan keçdi. Sumqayıt İcması da həmən ildə qeydiyyata alındı. 2004-cü ildə Azərbaycan Bəhailərinin Milli Ruhani Məhfili rəsmi qeydiyyatdan keçdi. Azərbaycan Respublikasında demokratik islahatlardan sonra bəhailər, digər vətəndaşlarla yanaşi, fəal həyat sürürlər.

Bakı Bəhai icması ilə əlaqə məlumatı

Ünvan: Bakı ş. A. Qurbanov küç. 6, mən.44

Telefon: (99412)-4973041, (99412)-4975626.

E-mail: weboffice@bahai.az

Məlumat:
  • Yeniliklər və elanlar
  • İnternetdə Bəhai resursları
  • Tarix:
  • Azərbaycanda Bəhai dininin tarixi
  • Təlim:
  • Əsas prinsiplər
  • Təlimin məqsədi
  • Təşkilat:
  • İnzibati qaydaок
  • Müqəddəs və etibarlı yazılar barədə
  • Fəaliyyət:
  • Bəhai təqvimi
  • Namaz və oruc
  • Beynəlxalq Bəhai Cəmiyyəti
  • Dünya Bəhai Cəmiyyətinin müraciətləri
  • İcmalarda fəaliyyət növləri
  • Əlaqə:
  • Kontaktlarımız
  • Kitabxana
  • Endirin:
  • Azəri şriftləri
  •  
    Monitor this Page

    by ChangeDetect

    Bu xidmət sizi səhifədə dəyisiyliklər barədə xəbərdar edəcək

    "Dünya tək bir vətəndir, və bütün insanlar onun vətəndaşlarıdır." - Bəhaullah
    Bəhai dininin əsas prinsipləri

    Bəhai Dini – tam müstəqil, dünyavi, İlahi Zühurlar (Peyğəmbərlər) tərəfindən gətirilən dinlərin sonuncusudur. Yayılmasına görə dünyada Xristianlıqdan sonra ikinci yeri tutur, 6 milyondan çox ardıcılları var ki, onlar da dünyanın 235 ölkəsini, 2112 millət və xalqı təmsil edir.

    Bəhai Dininin əsas, mərkəzi ideyası Həzrət Bəhaullahın birlik paradiqmasıdır ki, bu da öz növbəsində üç mərhələli bir strukturu təşkil edir: Allahın birliyi (vahidliyi), dinlərin birliyi və bəşəriyyətin birliyi. Bəhai Dininin etik və sosial prinsiplərinin bütün sistemi bu paradiqmanin üzərində qurulmuşdur.

    ·  Allahın vahidliyi. Allah – mütləq başlanğıc və mütləq ilkin səbəbdir, əzəli varlıq, insan şüuruna sığmayan, Kainatın Öz-özünə var olan və Özü özünə kifayət olan Yaradanı, bu dünyanın məkan və zaman çərçivələrindən azad olan bir varlıqdır. Allah məkan və səbəb-nəticə münasibətləri baxımından bizim dünyadan fərqlənən və bizim dünyamızı öz ölçülərində sonu olan bir şey kimi əhatə edən “Allahın Ruhani aləmlərində” dövr edir.

    ·  Dinlərin birliyi. Bu dünyanı yaradarkən, Allah insan nəzərinə tam açıqlana bilməyən bir məqsəd qoymuşdur. Lakin, Öz məqsədlərini həyata keçirmək üçün Allah vaxtaşırı Elçiləri - Peyğəmbərləri – Zühurları vasitəsi ilə bəşəriyyətə Öz idarə edici prinsiplərini – Vəhyini çatdırır ki, bir balaca, mədəni-tarixi xüsusiyyətlərlə məhdudlaşan insan qavrama qabiliyyəti dairəsində Allahın məqsədinin pərdələrini açsın. Əslində bütün İlahi-Vəhyi dinlər eyni İlahi Həqiqəti gətirmişlər, onlar arasında olan fərq isə bəşəriyyətin müxtəlif səviyyə hazırlığında və mədəniyyət ənənələrinin müxtəlifliyindən irəli gəlmişdir. Bəhailər bütün əvvəlki İlahi Zühurları - Həzrət Musanı, Həzrət Krişnanı, Həzrət Zərdüştü, Həzrət Buddanı, Həzrət İsanı, Həzrət Məhəmmədi, - və eləcə də onların gətirdiyi Müqəddəs Yazıları qəbul edir və onların hər birinə dərin etiramla yanaşırlar. Lakin bəhailər bəzi kifayət dərəcədə məlumatı olmayanların düşündüyündən fərqli olaraq müxtəlif dinləri eklektik birləşdirmək fikrindən uzaqdırlar. Bəhailər müxtəlif dinlərə eyni İlahi həqiqətin müxtəlif natamam mənimsənmələri kimi baxırlar. Bəhailər eləcə də hesab edir ki, Həzrət Babın gəlişilə Adəm dövrü və ya Peyğəmbərlik dövrü sona yetmişdir və bu müddət ərzində bəşəriyyət öz inkişafının müəyyən mərhələsinin sonuna çatmışdır, və həmən dövrün  sonuncu Peyğəmbəri Həzrət Məhəmməddir. Həzrət Bəhaullahın isə gəlişi ilə əvvəlki Yazılarda “Qiyamət Günü”, “Gecəsiz Gündüz” kimi qeyd edilən yeni dövr başlanmışdır. Bu dövrdə bəşəriyyət üçün topladığı imkanlarını reallaşdırmaq, yaşa dolaraq kimi keyfiyyətcə dəyişmək, və bundan sonra müharibə və münaqişələri uşaq xəstəlikləri kimi unudaraq daha da inkişaf etmək və təkmilləşmək təyin olunmuşdur.

    ·  Bəşəriyyətin birliyi. Öncə göstərilən imkanları əldə etmək üçün bəşəriyyətin indiki inkişaf mərhələsində onu vahid, harmonik fəaliyyət göstərən organizm kimi birləşdirmək vaxtıdır. Bu məqsədin həyata keçirilmə proqramı bəşəriyyətə Həzrət Bəhaullahın Vəhyi vasitəsilə gətirilmişdir. Həzrət Bəhaullahin əli ilə yazılmış, sonralar Yaziların yeganə səlahiyyətli şərhçisi olan Həzrət Əbdülbəhanın şərh etdiyi Bəhai Dininin Müqəddəs Yazılarında bu Ilahi Planın bir çox təfsilatları və idarəedici prinsipləri göstərilmişdir. Bunların arasında:

    ·  Bütün insanlara qarşı dostluq və sevgi münasibəti. Din bu sevginin mənbəyi olmalı və heç bir təqdirdə antipatiya, nifrət və fikir ayrılığına gətirib çıxarmamalıdır.

    ·  Həqiqətin müstəqil axtarışı – hər bir bəhainin haqqı və borcudur. Yalan çoxüzlüdür, həqiqət isə tək və bölünməzdir. Ona görə də insanlar həqiqəti axtarsalar, onlar mütləq birliyə gələcəklər. Bəhai dövrünün gəlişi ilə ruhaniliyin (mollalığın, keşişliyin) bir təsisat kimi ləğv olunması bu prinsiplə əlaqədardır.

    ·  Bütün insanların anadan gəlmə bərabər olmasını qəbul etmək bütün irqi, milliyyət, sinfi, dövlət, siyasi, dini və s. mövhumatlardan qəti imtina etmək və bununla insanları qarşı-qarşıya duran qruplara ayıran səbəbləri aradan götürmək.

    ·  Hüquq və imkan baxımından kişi və qadınların bərabərliyi.

    ·  Yaşam vasitələrinin tarazlaşdırılması. Bütün insanların müəyyən minimum xoş güzarana malik olmağa haqqları var. Əlbəttə, söhbət bərabərləşdirmədən yox, həddən artıq fərqlərin məhdudlaşdırılmasından gedir.

    ·  Xalqların ümumdünyəvi federasiyasının zəruriyyəti. Bununla dünyada ümumbəşəri sülh və razılığa nail olmaq olar.

    ·  Vahid beynəlxalq köməkçi dilin labüdlüyü.

    ·  Müqəddəs təsisat və sivilizasiyanın əsası olan ailəyə hörmət. Bəhayətdə nigah və ailə həyatı bərabərlik, şəriklik, qarşılıqlı hörmət və ər-arvad sədaqəti ilə səciyyələndirilir.

    ·  Dinin və elmin harmonik inkişafı prinsipi.  Elmsiz din – mövhumatdan başqa heç bir şey deyildir. Dinsiz elm – bir korluqdur ki, bəşəriyyətin imkanlarını boşa xərcləməklə onu birlik əvəzinə çarpışma vasitələrinin istehsalına və qarşılıqlı tələfat uçurumuna aparır. Din bir yerdə qalmamalıdır, əksinə, elmlə birlikdə və onun qabaqcıl nailiyyətləri ilə harmoniyada inkişaf etməlidir.

    ·  Ədalət. Həm şəxsi (özünə və başqalarına ədalətli, qərəzsiz münasibət), həm də sosial (sosial institutlar tərəfindən ədalətli qərarların qəbul edilməsi) ədalət bəşəriyyətin birliyinin əldə olunması üçün əsas vasitədir. Şübhəsiz ki, hər bir münaqişəni iki tərəfin bir-birinin mövqeyini ədalətsiz hesab etmək qidalandırır.

    ·  Məsləhət və məşvərət - ədalətli qərarlar çıxarmaq üçün (münaqişələri aradan qaldırımaq üçün) əsas vasitədir.  Konsensus, yəni ümumi razılığ və istənilən məsələdə ümumi nəzər nöqtəsinin tapılması məqsədəuyğundur, nəinki kompromis, yəni qarşılıqlı güzəşt nəticəsində ümumi qərarə gəlmək ki, o da son nəticədə hamını narazı saxlayır.

    ·  Doğruluq – hər bir ləyaqətin əsasıdır. Yalnız dürüstlük etibar doğurur, bu da ki, müvəffəqiyyətli məşvərət üçün yüksək dərəcədə vacibdir.

    ·  Ümumi təhsilin vacibliyi və zəruriliyi. Ümumi təhsilin vacibliyi və zəruriliyi hər bir insana ayrıca olaraq və ümumilikdə bütün bəşəriyyətə verilən qiymətsiz istedadların və imkanların təzahürünün əsas vasitəsidir. Bəşəriyyəti birləşdirmək məsələsi hər bir insan tərəfdən bəşəri biliklərin toplusuna qovuşmağı və öz imkanlarını və insan hüquqlarını dərk etməyi nəzərdə tutur.

    ·  Siyasətə qarışmamaq prinsipi. Siyasi fəaliyyət hər zaman bir qrupun digər qrupa qarşı mübarizəsini nəzərdə tutur. Ona görə də siyasətə qarışmaq istər-istəməz qarşıdurmaya gətirib çıxarır və birlik işinə mane olur.

    ·  Qeybət və böhtana münasibət. Qeybət və böhtan qətl və zinalıq kimi ən ağir cinayətə bərabər tutulur. Qeybət birliyi dağıdan elə bir zəhərdir ki, həm qeybət edənin, həm də onu dinləyənin ruhunu zəhərləyib məhv edir.

     
    ©2003-2008 Azərbaycan Bəhailərinin Milli Ruhani Məhfili.

    Digər təşkilatlar və fiziki şəxslər bu materiallardan sərbəst istifadə edə bilər, o şərtlə ki, burada olan məlumatlar təhrif olunmayacaq, materialların və ya onlardan olan çixarışların nəşrində aşağıdakılar qeyd olunacaq:
    "Azərbaycanda Bəhai Dini icmasının rəsmi www.bahai.az internet saytının materiallarından istifadə olunmuşdur."
    Bəhai dininin əsas prinsipləri
    Yuxarı >