
Bəhai
yazıları onların məqsəd və mötəbərlilik səviyyəsinə əsasən bir neçə
qrupa bölünür.
1. Allah
Kəlamları
– Allahın
təzahürünün mahiyyəti olan, bilavasitə Həzrət Bab və ya Həzrət
Bəhaullahın əli ilə yazilan yazılardır. Bu yazılardan parçalar Lövh
adlanır. Bu yazılar özü-özlüyündə qüsürsuzdur və dərin tükənməz mənaya
malikdir. Yazıları oxuyan hər bir insan özünün dərrakəsinə uyğun olaraq,
onların dərin mənalarına çata bılər.
2. Bəhai
Dininin Müqəddəs Yazıları
– buraya Allah
Kəlamları, həmçinin, “İlahidən verilən qüsursuzluq” bağışlanmış,
bilavasitə Həzrət Əbdülbəhanın əli ilə yazılmış yazılar daxildir. Həzrət
Bəhaullahın iradəsinə əsasən Həzrət Əbdülbəha bütün bəhailər üçün vacib
olan bəhai yazılarını yeganə şərhçisi səlahiyyətinə malikdir.
3.
Etibarlı Yazılar
– Şövgi
Əfəndinin şərh etdiyi Yazılara və Ümumdünya Ədalət Evinin sənədlərinə
aiddir. Bu yazıların Müqəddəs yazilar olmamasına baxmayaraq, onlar
Həzrət Əbdülbəhanın iradəsinə əsasən, qüsursuzdur və buna görə bu
yazılar da bütün bəhailər üçün səhfsiz rəhbərlik mənbəyi hesab olunur.
4. Həzrət
Şövqi Əfəndinin və ya Ümumdünya Ədalət Evinin adından yazılmış məktublar
–
belə məktubların bunun üçün xüsusilə nəzərdə tutulmuş adamlar tərəfindən
yazılmasına baxmayaraq, göndərilməmişdən qabaq onların hamısına yenidən
baxılır və ona görə də müəllifin ideyasının qüsursuz əksi hesab olunur.
Lakin buna baxmayaraq, onlar tam dəqiqlik ifadəsinə malik olmaya bilər.
5.
Əhvalatlar –
Həzrət Babın, Həzrət Bəhaullah, Həzrət Əbdülbəha və Həzrət Şövqi
Əfəndinin sözlərini eşitmiş insanların yadlarında qalanlara əsasən
yazılan yazılardır. Bu yazılar müəllif tərəfindən yoxlanılmadığı üçün
ikinci dərəcəli yazılar hesab edilir və təhrif oluna bilər.
Bizim
elektron kitabxanamızda azəri və başqa dillərdə
bir çox bəhai adəbiyyatı ilə tanış ola bilərsiniz.
|