
Bəhai Dini – tam müstəqil, dünyavi,
İlahi Zühurlar
(Peyğəmbərlər) tərəfindən gətirilən dinlərin sonuncusudur. Yayılmasına
görə dünyada Xristianlıqdan sonra ikinci yeri tutur, 6 milyondan çox
ardıcılları var ki, onlar da dünyanın 235
ölkəsini, 2112 millət və xalqı təmsil edir.
Bəhai Dininin əsas, mərkəzi ideyası Həzrət Bəhaullahın birlik
paradiqmasıdır ki, bu da öz növbəsində üç mərhələli bir strukturu təşkil
edir: Allahın birliyi (vahidliyi), dinlərin birliyi və bəşəriyyətin
birliyi. Bəhai Dininin etik və sosial prinsiplərinin bütün sistemi bu
paradiqmanin üzərində qurulmuşdur.
·
Allahın vahidliyi. Allah – mütləq başlanğıc və mütləq ilkin səbəbdir,
əzəli varlıq, insan şüuruna sığmayan, Kainatın Öz-özünə var olan və Özü
özünə kifayət olan Yaradanı, bu dünyanın məkan və zaman çərçivələrindən
azad olan bir varlıqdır. Allah məkan və səbəb-nəticə münasibətləri
baxımından bizim dünyadan fərqlənən və bizim dünyamızı öz ölçülərində
sonu olan bir şey kimi əhatə edən “Allahın Ruhani aləmlərində” dövr
edir.
·
Dinlərin birliyi.
Bu dünyanı yaradarkən, Allah insan nəzərinə tam
açıqlana bilməyən bir məqsəd qoymuşdur. Lakin, Öz məqsədlərini həyata
keçirmək üçün Allah vaxtaşırı Elçiləri - Peyğəmbərləri – Zühurları
vasitəsi ilə bəşəriyyətə Öz idarə edici prinsiplərini – Vəhyini çatdırır
ki, bir balaca, mədəni-tarixi xüsusiyyətlərlə məhdudlaşan insan qavrama
qabiliyyəti dairəsində Allahın məqsədinin pərdələrini açsın. Əslində
bütün İlahi-Vəhyi dinlər eyni İlahi Həqiqəti gətirmişlər, onlar arasında
olan fərq isə bəşəriyyətin müxtəlif səviyyə hazırlığında və mədəniyyət
ənənələrinin müxtəlifliyindən irəli gəlmişdir. Bəhailər bütün əvvəlki
İlahi Zühurları - Həzrət Musanı, Həzrət Krişnanı, Həzrət Zərdüştü,
Həzrət Buddanı, Həzrət İsanı, Həzrət Məhəmmədi, - və eləcə də onların
gətirdiyi Müqəddəs Yazıları qəbul edir və onların hər birinə dərin
etiramla yanaşırlar. Lakin bəhailər bəzi kifayət dərəcədə məlumatı
olmayanların düşündüyündən fərqli olaraq müxtəlif dinləri eklektik
birləşdirmək fikrindən uzaqdırlar. Bəhailər müxtəlif dinlərə eyni İlahi
həqiqətin müxtəlif natamam mənimsənmələri kimi baxırlar. Bəhailər eləcə
də hesab edir ki, Həzrət Babın gəlişilə Adəm dövrü və ya Peyğəmbərlik
dövrü sona yetmişdir və bu müddət ərzində bəşəriyyət öz inkişafının
müəyyən mərhələsinin sonuna çatmışdır, və həmən dövrün sonuncu
Peyğəmbəri Həzrət Məhəmməddir. Həzrət Bəhaullahın isə gəlişi ilə əvvəlki
Yazılarda “Qiyamət Günü”, “Gecəsiz Gündüz” kimi qeyd edilən yeni dövr
başlanmışdır. Bu dövrdə bəşəriyyət üçün topladığı imkanlarını
reallaşdırmaq, yaşa dolaraq kimi keyfiyyətcə dəyişmək, və bundan sonra
müharibə və münaqişələri uşaq xəstəlikləri kimi unudaraq daha da inkişaf
etmək və təkmilləşmək təyin olunmuşdur.
·
Bəşəriyyətin birliyi.
Öncə göstərilən imkanları əldə etmək üçün
bəşəriyyətin indiki inkişaf mərhələsində onu vahid, harmonik fəaliyyət
göstərən organizm kimi birləşdirmək vaxtıdır. Bu məqsədin həyata
keçirilmə proqramı bəşəriyyətə Həzrət Bəhaullahın Vəhyi vasitəsilə
gətirilmişdir. Həzrət Bəhaullahin əli ilə yazılmış, sonralar Yaziların
yeganə səlahiyyətli şərhçisi olan Həzrət Əbdülbəhanın şərh etdiyi Bəhai
Dininin Müqəddəs Yazılarında bu Ilahi Planın bir çox təfsilatları və
idarəedici prinsipləri göstərilmişdir. Bunların arasında:
·
Bütün insanlara qarşı dostluq və sevgi münasibəti.
Din bu sevginin mənbəyi olmalı və heç bir təqdirdə antipatiya, nifrət və
fikir ayrılığına gətirib çıxarmamalıdır.
·
Həqiqətin müstəqil axtarışı –
hər bir bəhainin haqqı və borcudur.
Yalan çoxüzlüdür, həqiqət isə tək və bölünməzdir. Ona görə də insanlar
həqiqəti axtarsalar, onlar mütləq birliyə gələcəklər. Bəhai
dövrünün gəlişi ilə ruhaniliyin (mollalığın, keşişliyin) bir təsisat
kimi ləğv olunması bu prinsiplə əlaqədardır.
·
Bütün insanların anadan gəlmə bərabər olmasını
qəbul etmək və
bütün irqi, milliyyət, sinfi, dövlət, siyasi, dini və s. mövhumatlardan
qəti imtina etmək və bununla insanları qarşı-qarşıya duran qruplara
ayıran səbəbləri aradan götürmək.
·
Hüquq və imkan baxımından kişi və qadınların bərabərliyi.
·
Yaşam vasitələrinin tarazlaşdırılması.
Bütün insanların müəyyən minimum xoş güzarana malik olmağa haqqları var.
Əlbəttə, söhbət bərabərləşdirmədən yox, həddən artıq fərqlərin
məhdudlaşdırılmasından gedir.
·
Xalqların ümumdünyəvi federasiyasının zəruriyyəti.
Bununla dünyada ümumbəşəri sülh və razılığa nail olmaq olar.
·
Vahid beynəlxalq köməkçi dilin labüdlüyü.
·
Müqəddəs təsisat və sivilizasiyanın əsası olan ailəyə hörmət.
Bəhayətdə nigah və ailə həyatı bərabərlik, şəriklik, qarşılıqlı hörmət
və ər-arvad sədaqəti ilə səciyyələndirilir.
·
Dinin və elmin harmonik inkişafı prinsipi.
Elmsiz din – mövhumatdan başqa heç bir şey deyildir. Dinsiz elm – bir
korluqdur ki, bəşəriyyətin imkanlarını boşa xərcləməklə onu birlik
əvəzinə çarpışma vasitələrinin istehsalına və qarşılıqlı tələfat
uçurumuna aparır. Din bir yerdə qalmamalıdır, əksinə, elmlə birlikdə və
onun qabaqcıl nailiyyətləri ilə harmoniyada inkişaf etməlidir.
·
Ədalət.
Həm
şəxsi (özünə və başqalarına ədalətli, qərəzsiz münasibət), həm də sosial
(sosial institutlar tərəfindən ədalətli qərarların qəbul edilməsi)
ədalət bəşəriyyətin birliyinin əldə olunması üçün əsas vasitədir.
Şübhəsiz ki, hər bir münaqişəni iki tərəfin bir-birinin mövqeyini
ədalətsiz hesab etmək qidalandırır.
·
Məsləhət və məşvərət
- ədalətli qərarlar çıxarmaq üçün (münaqişələri
aradan qaldırımaq üçün) əsas vasitədir. Konsensus, yəni ümumi razılığ
və istənilən məsələdə ümumi nəzər nöqtəsinin tapılması məqsədəuyğundur,
nəinki kompromis, yəni qarşılıqlı güzəşt nəticəsində ümumi qərarə gəlmək
ki, o da son nəticədə hamını narazı saxlayır.
·
Doğruluq
– hər bir ləyaqətin əsasıdır. Yalnız dürüstlük etibar doğurur, bu da ki,
müvəffəqiyyətli məşvərət üçün yüksək dərəcədə vacibdir.
·
Ümumi təhsilin vacibliyi və zəruriliyi.
Ümumi təhsilin vacibliyi və zəruriliyi hər bir insana ayrıca olaraq və
ümumilikdə bütün bəşəriyyətə verilən qiymətsiz istedadların və
imkanların təzahürünün əsas vasitəsidir. Bəşəriyyəti birləşdirmək
məsələsi hər bir insan tərəfdən bəşəri biliklərin toplusuna qovuşmağı və
öz imkanlarını və insan hüquqlarını dərk etməyi nəzərdə tutur.
·
Siyasətə qarışmamaq prinsipi.
Siyasi fəaliyyət hər zaman bir qrupun
digər qrupa qarşı mübarizəsini nəzərdə tutur. Ona görə də siyasətə
qarışmaq istər-istəməz qarşıdurmaya gətirib çıxarır və birlik işinə mane
olur.
·
Qeybət və böhtana münasibət.
Qeybət və böhtan qətl və zinalıq kimi ən ağir cinayətə bərabər tutulur.
Qeybət birliyi dağıdan elə bir zəhərdir ki, həm qeybət edənin, həm də
onu dinləyənin ruhunu zəhərləyib məhv edir.
|