Dərnəklər

Dərnək, adətən, üzvlərdən birinin evində həftədə bir dəfə, kurs materiallarını öyrənmək üçün bir neçə saatlıq görüşən kiçik bir qrupdur. Materiallara xüsusi mövzular və xidmət aktlarına aid Bəhai Yazıları daxildir. İştirakçıların araşdırdıqları məsələlər arasında insanları dua və ibadət vasitəsilə azad olunan ruhani güclərlə təmasa gətirən mühitin necə yaradılması; dostluq bağlarını necə möhkəmləndirmək və müxtəlif köklərdən olan insanlar arasında mənalı ünsiyyət modelini necə qurmaq; uşaqların təlim-tərbiyəsini icma həyatının tərkib hissəsinə necə çevirmək; intellektual və ruhani qabiliyyətlərini inkişaf etdirməkdə gənc insanlara necə kömək etmək; ailə daxilində maddi və ruhani firavanlığa gətirən dinamikanı necə yaratmaq kimi məsələlər vardır. Öyrəndikləri materialların nəticəsi olaraq və öz təsisatlarının dəstəyi ilə, iştirakçılar xüsusi xidmət aktları həyata keçirmək üçün ayağa qalxırlar. Kişi və qadın, gənc və yaşlı − hamı bu fikrə gəlir ki, onlar ətraflarındakı dünyanı yenidən qurmaq gücünə malikdirlər. Getdikcə daha və daha çox insan institut kurslarının bəslədiyi fərdi və kollektiv transformasiya barədə baxışı mənimsəyərək məsuliyyət götürdükcə, icmada xidmət və ibadəti mərkəzdə tutan bir həyat modelini əks etdirmək üçün qabiliyyət yetişdirilir.

Bir şəxs Yaradıcı Sözü öyrənmək və üzərində dərindən düşünmək vərdişini bəslədikcə, bu transformasiya prosesi özünü insanın dərin konsepsiyalar barədə anlayışlarını ifadə etmək və ruhani gerçəkliyi mənalı söhbətlərdə araşdırmaq qabiliyyətində təzahür etdirir. Ümumdünya Ədalət Evi