Allah Öz İradә vә İstəyini insanlara bildirmәk üçün onlarla anlaya biləcəkləri bir dildә danışmalıdır vә O, bunu Özünün Peyğәmbәrlәrinin dili ilә edir. Peyğәmbәrlәr insanlar arasında yaşadıqları zaman onlarla danışır vә Allahın Vәhylәrini insanlara çatdırırlar, lakin dünyalarını dәyişdikdәn sonra onların tәlimi insanlara kәlamlar vә mәtnlәr - Müqəddəs Yazılar vasitәsilә çatdırılır. Biz hər gün təkcə dua etməli deyil, həm də ən azı hər səhər və hər axşam Allahın Kəlamlarını, Müqəddəs Yazıları oxumalıyıq.