Həzrət Bəhaullah buyurmuşdur ki, "bütün insanlar tərəqqi edən sivilizasiyanı irəli aparmaq üçün yaradılmışlar”. Allahın Elçilərinin təlimləri cəmiyyəti daha ali birliyə doğru yönəldərək, insanlığa ailədən qəbilə, xalq və daha yüksək formalara doğru inkişaf yolunu göstərmişdir. Bu inkişaf yolu, bu gün bizləri uzun zaman gözlədiyimiz insan irqinin birliyinin yeni hüdudlarına gətirmişdir. Bəşəriyyətin körpəlik və uşaqlıq dövrləri artıq arxada qalmışdır. Dünyanın hər bir yerində insan cəmiyyətləri köklü dəyişikliklərə məruz qalmaqdadır. Gördüklərimiz bütün bəşəriyyətin yeni Vahid Planetar Mədəniyyətdə birləşməsindən başqa bir şey deyildir.
İnsanlıq minlərlə ildir, dünya üzərində gerçək qardaşlığın olacağı, insanların "qılınclarını çəkiclə
döyüb şum dəmiri edəcəkləri" və dünyanın "Rəbbin məlumatı ilə dolacağı" möhtəşəm bir günün
xəyalını
qurmuşdur. Həzrət Əbdül-Bəha o günü, "İnsanlığın birliyi bayrağının yüksələcəyi və beynəlxalq
sülhün, gerçək səhər misalı bütün dünyanı işıq seli kimi işıqlandıracağı gün" olaraq təyin
etmişdir.
Allah bəşəriyyətin istiqamətini təyin edir. Allahın Elçiləri şəxsən Özləri, Öz Zühurlarının gerçəyin
yalnız qismi bir şərhi olduğunu açıqlayır. Çünki, Zühur ancaq o dövrün tutumuyla məhduddur. Həzrət
İsanın "Sizə daha söyləyəcəklərim var amma indi bunlara dözə bilməzsiniz," sözlərinin əks
olunmasını
Quran-i Kərimdə İlahi həqiqətin "Ancaq ehtiyaca görə, müəyyən ölçülərdə"
verildiyini bəyan edən
ifadəsində tapmaq mümkündür. Bagavat Gita isə belə yazir: "Mən gələrəm,
gedərəm, sonra təkrar
gələrəm. Ey Baharata! Düzgünlük azaldığında, pisliklər gücləndiyində, görünür bir bədənə
yaxşılığı
yerləşdirmək, pisliyi tərsinə çevirmək və ərdəmliliyi möhkəmləndirmək üçün dövrdən dövrə təkrar
təkrar gələrəm." Dövrlər boyunca bütün dinlərin ardıcılları Allahın bələdçiliyinə dair
daha geniş
bir Zühur gözləmişlər; bütün bu gözləmələr Həzrət Bəhaullahın mesajı ilə gerçəkləşmişdir.
Bu dövrün tarixdəki əhəmiyyətindən bəhs edərkən Həzrət Bəhaullah belə
buyurmuşdur, "Bu Gün, Allahın
ən gözəl lütfü insanlar üzərinə səpələnəcəyi gündür. Bu Gün, Allahın ən böyük inayətinin bütün
varlıqlara aşılandığı gündür." İnsanlığın inkişafı və sülh üçün lazımlı ilk addım bütün
insanlıq
aləminin birləşməsidir: "İnsanlığın səadəti, təhlükəsizlik və rahatlığı,
insanlığın birliyi
gerçəkləşmədikcə meydana gələ bilməz." Yalnız bütün insanlığın bir olduğuna dair şüurlu
bir
işıqlanma ilə keçmişdə ictimai nizamlara hakim olan qarşıdurma modelindən qopmaq və əməkdaşlıq edib
birlikdə iş öyrənilməkdir. Qarşıdurmanı azaltmaq və yox etmək üçün yeni ictimai strukturlar inkişaf
etdirilməlidir. Müştərək təhlükəsizlik prinsipinə bağlılıqla qlobal təşkilatlar, qaynaqların bərabər
bir şəkildə paylanmağından əmin olmaq üçün birlikdə çalışılmalıdır. Belə bir mədəniyyətdə həm din,
həm də elmdən əldə edilən daxili düşüncələr insanlığın rifahını irəlilətməyə təqdim edilməlidir.
"Din və elm, insan anlayışının yüksəklərə uçmasını və insan ruhunun
inkişafını təmin edən iki
qanaddır." Həzrət Bəhaullahın yazılarında, nəzərdə tutulan dəyişikliklərin asanca əldə
ediləcəyinə
dair bir fikri dəstəkləyən hər hansı bir ifadə yoxdur. Bu yol bir çox nəsil boyunca nəzarət və yol
boyunca bir çox böhran və maneə ilə qarşılaşacaqdır.
Qarışıqlıq nə qədər böyük olursa olsun, insanlığın irəlilədiyi dövr hər fərdə, hər təşkilata və hər
cəmiyyətə bacarıqlarını və imkanlarını, insanlığın bu dünyadakı inkişafının tamamlanmasını ifadə edə
bilən bir dünya qurmaqda istifadə etmələri üçün unikal imkanlar təqdim edəcək.
"İnsanın mövqesinin özündə mövcud olan xüsusiyyətlər, onun dünyadakı taleyinin gerçək ölçüsü, onun
həqiqətinin mükəmməlliyi, Allahın bu vəd edilən günündə ortaya çıxacaq."