Yeniyetmələrin ruhani cəhətdən gücləndirilməsi proqramı 12-15 yaşda olan gənc insanları qonşuluqlarının və bütövlükdə dünyanın rifahına töhfə vermək üçün valideynləri və icma üzvləri ilə birlikdə işləməyə ruhlandıran dünya miqyaslı bir hərəkatdır.
Proqram belə bir ideya üzərində qurulmuşdur ki, potensiallarını ən yüksək səviyyədə aça bilməkdə gənc insanlara kömək etmək üçün təlim-tərbiyə (təhsil) həm intellektual, həm də ruhani inkişafı nəzərə almalıdır. Bəhai dinindən ilhamlansa da, bu proqram təhsilə və tərbiyəyə din öyrətmə tərzində yanaşmır. Proqram təsdiq edir ki, gənc insanların öz icmalarının inkişafında oynamalı olduqları rol həyati vacibdir. Bu qruplarda ruhani keyfiyyətlərini, intellektual qabiliyyətlərini və cəmiyyətə xidmət etmək bacarığını inkişaf etdirmək üçün yeniyetmələri “animator” adlandırılan, erkən gənclik yaşında olan və nisbətən yaşlı gənclər müşayiət edirlər.
Animatorlar və yeniyetmələr hər həftə mənəvi və ruhani konsepsiyalara əsaslanan materiallar öyrənir, mürəkkəb bir dünyada necə istiqamət tutmaq, həyatlarında mənfi qüvvələrə necə müqavimət göstərmək və sosial tərəqqini necə irəli aparmaq barədə danışırlar. Onlar ciddi və mühüm müzakirələr aparır, incəsənətlə (drama, əməkdaşlıq oyunları, vizual sənət və hekayə söyləməklə) özlərini ifadə edir, icmaya xidmət aktları ilə məşğul olurlar və bütün bunlar möhkəm mənəvi kimlik formalaşdırmaqda onlara kömək edir.
Animatorlar yeniyetmələrin öz potensialları barədə agahlığını oyadır, onların enerjilərini istiqamətləndirir, qonşularına, ailə və dostlarına xidmət etmək üçün onların istedad və bacarıqlarını inkişaf etdirirlər. Bu yolda gedərkən, animatorların özləri də başa düşürlər ki, Yeniyetmələrin Ruhani Gücləndirilməsi Proqramı onların öz həyatlarına, habelə xidmət etdikləri gənc insanların həyatlarına öz təsirini göstərir.