Allah kainatın Yaradıcısıdır. O, hər şeyi biləndir. O, hamını sevir və hər kəsə qarşı mərhəmətlidır.
Günəş bütün dünyaya necə parlayırsa, Allahın nuru da bütün yaratdıqlarının üzərinə elə saçmaqdadır.
Həzrət Əbdül-Bəha buyurur: "Günəş bu dünyanın meyvələrini
kamilləşdirdiyi və bütün yaşayan canlılara
həyat verdiyi kimi, Allah Zühurunun Günəşi də bütün ruhların üzərinə parlayır və onları İlahi
sevgi
və anlayış atəşi ilə doldurur."
Fani olan üçün Allahın həqiqətini tam mənası ilə anlamaq qeyri-mümkündür. Yaradılmış heç bir halda
Yaradanını nə dərk edə və nə də təsvir edə bilər. Məsələn, bir masa onu yaradan dülgərin
qabiliyyətlərini və xüsusiyyətlərini əks etdirsə də onu hazırlayan dülgərin düşüncə tərzinə sahib
deyildir.
Əbdül-Bəha buyurur: "Xəyal etdiyimiz şey, Allahın Gerçəkliyi
deyil....O, insan ağlının ən yüksək dərkindən qat-qat ucadır."
Hər təbiət aləmi özündən uca olan varlığın səviyyəsini anlamaqda acizdir. Qaya, bitkinin böyümə
gücünü xəyal edə bilməz; ağac heyvanın görmə, eşitmə, iyləmə və ya hərəkət etmə güclərini anlaya
bilməz; və heyvan insanın ayırdedici xüsusiyyəti olan şüuru əsla əldə edə bilməz. Eyni şəkildə,
insan ağılı ruhani aləmin mahiyyətini tam mənası ilə əsla qavrama bacarığına sahib deyildir.
Həzrət Əbdül-Bəha buyurur: "Bütün üst aləmlər alt aləmlər üçün
anlaşılamazkən, yaradılan insan üçün hər şeyin yaradıcısı uca Yaradanı anlamaq necə mümkün ola
bilər?"
Allahın həqiqi təbiəti hər zaman bizim anlayışımızdan kənarda olsa da, həyatımızın məqsədi Onu
tanımaq, Onu sevmək və Ona yaxınlaşmaqdır.
"Mənə dost olasan deyə sənə Özümdən bir ruh əmanət
etdim..."
Allah haqqında bilgilər böyük dünya dinlərinin Qurucuları - Allahın Elçiləri tərəfindən bizə
verilmişdir. Əsirlər boyunca Allaha olan inancımız və Ona doğru atdığımız addımlar Peyğəmbərlərin
təlimləri ilə istiqamətləndirilmişdir.
Dövrümüzün İlahi Zühuru Həzrət Bəhaullah yaradılışın əlamətlərinin hər yerdə olduğunu bizə öyrədir.
"Bütün kainatda yaradılmış olan hər şey Onun haqqında məlumata
açılan bir qapıdan, Onun
hökmdarlığına bir işarədən, Onun adlarının əks olunmasından, Onun gücünün bir rəmzi və Ona doğru
yoldan başqa bir şey deyil."
Ona görə də təbiət aləminin gözəlliyi, zənginliyi və müxtəlifliyi həmişə Allahın ifadəsidir.
Peyğəmbərlərin təlimləri Allahı tanımaqda və Ona inanmaqda bizə köməkçi olacaq hikmət və ədalət,
düzgünlük və nəzakət, iman və şəfqət kimi ruhani xüsusiyyətləri inkişaf etdirməyin yollarını
göstərmişlər. İnsan bu keyfiyyətlərin bələdçiliyi işığında düşünərək və hərəkət edərək ruhani,
intellektual və əxlaqi inkişafa nail olaraq öz Yaradanına yaxınlaşır.
Həzrət Əbdül-Bəha belə buyurmuşdur: "Din ilk olaraq şüurlu
bilik, ikinci olaraq yaxşı əməllərdir."