İnsan nəslinin kamilliyə yetişməsi cəmiyyətin strukturunda üzvi bir dəyişiklik tələb edir, bir dəyişiklik ki, onun bütün elementlərinin qarşılıqlı asılılığını, habelə, onu saxlayan təbiət dünyası ilə qarşılıqlı münasibətlərini tam əks etdirəcək. Belə bir dəyişiklik insan varlıqlarının münasibət və davranışlarında geniş yayılmış dəyişikliklərlə əl-ələ getməlidir. Əgər insanlığın sağ qalması təmin olunmalıdırsa, onda insanın batini həyatı, həmçinin, onun xarici mühitiyeni froma almalıdır. Yer kürəsinin sərvəti və gözəllikləri onun resurslarına ədalətli və bərabər haqqı çatan bütün insanların ümumi mirasıdır. Bu danılmazdır ki, hazırkı dünya nizamı ətraf mühiti fəlakətli ziyandan qoruya bilməmişdir. Cəmiyyət genişlənməyə, əldə etməyə, davamlı olaraq ehtiyac yaratmaq və onu ödəməyə mütləq bir dəyər yükləmişdir. Aydındır ki, bu cür hədəflər ətraf mühitə ziyan vurmaya bilməz.