Bəhailər birlik işini irəlilədən, insanlığın firavanlığını inkişaf etdirən, dünyada həmrəyliyə töhfə verən və sayı daim artan hərəkat, təşkilat və fərdlərlə əməkdaşlıq edirlər. Əməkdaşlıq sahələrini seçərkən bəhailər onların təlimlərində yer alan bu prinsipi nəzərə alırlar ki, məqsəd vasitələrə uyğun olmalıdır; nəcib hədəflərə nalayiq vasitələrlə yetişmək olmaz.
Xüsusilə də, rəqabət tələb edən işlərlə yaxud maraq toqquşmalarını insanların qarşılıqlı fəaliyyətlərinin ayrılmaz ünsürü kimi qəbul edən fərziyyələrlə birlik yaratmaq mümkün deyil. Ona görə də Bəhailərə tərəfkeş siyasətdə, vətəndaş itaətsizliyində, zorakı yaxud iğtişaş törədici fəaliyyətlərdə iştirak etmək qadağandır.
Əməkdaşlıq üçün imkan çatışmazlığı yoxdur; bu gün dünyada nə qədər insan bəhailərin də şərik olduqları bu və ya digər məqsədlər üçün gərgin işləyirlər. Bəhailər insan haqları, qadınların inkişafı və dayanıqlı inkişaf kimi sahələrdə müdafiə və maarifləndirmə səylərində xüsusilə fəal olmuşlar.
“Yaşadığınız dövrün ehtiyacları qayğısına qalın və müzakirələrinizi onun zərurət və tələbləri üzərində cəmləşdirin.” Həzrət Bəhaullah