İnsanlıq özünün kollektiv yetkinliyinə yaxınlaşdıqca, fərdlər, icmalar və cəmiyyətin təsisatları arasında münasibətlər barədə yeni anlayış əldə etmək ehtiyacı getdikcə daha təxirəsalınmaz olur. Sivilizasiyanın irəliləməsində bu üç mübarizin qarşılıqlı asılılığı etiraf olunmalıdır. Bunların arasındakı münasibətlərin, təsisatların tabeçilik tələb etdiyi, fərdlərin isə azadlıq üçün səslərini qaldırdıqları münaqişə səciyyəli modeli, daha yaxşı dünya qurmaqda hər birinin oynamalı olduqları və bir-birini tamamlayan rollar barədə daha dərin konsepsiyalarla əvəz olunmalıdır.
Fərdin, icmanın və cəmiyyətin təsisatlarının sivilizasiya qurmaqda mübariz iştirakçı olduqlarını qəbul etmək və buna uyğun hərəkət etmək insan xoşbəxtliyi üçün böyük imkanlar açır. Bu elə bir mühit yaratmağa imkan verir ki, burada başqaları üzərində güc tətbiq edilməsi insan ruhunun həqiqi güclərini –sevgi, ədalət və vəhdətdə hərəkət güclərini azad etmək səyləri ilə əvəz olunur.