Tarix boyunca, öz ardıcılarında pəhrizkarlıq, sədaqət və qəhrəmanlıq doğuraraq, insanın xasiyyətinin
təkmilləşməsində əsas təkanverici gücü böyük dinlər təmin etmişlər. Sosial səviyyədə dinin əxlaqi
prinsiplərinin əksəriyyəti ümumi qanunlar kodeksinə daxil edilərək insanlar arasındakı münasibətləri
tənzimləmiş və yüksəltmişdir.
Hər dəfə Allahın Məzhəri zühur edəndə, insanlığın növbəti oyanışı və tərəqqisi üçün tam ölçüdə ilham
dünyaya açılır. Bir insan varlığı – hər bir zahiri cəhətdən sadəcə bir insan – Allahın bir carçısı
olmağa dəvət olunur. Biz Qırmızı Ağacın önündə dayanmış Həzrət Musanı, əncir ağacının altında Vəhy almış
Həzrət Buddanı, göyərçin formasında Müqəddəs Ruhun nazil olduğu Həzrət Məsihi və ya Cəbrayılın nazil
olduğu Həzrət Məhəmmədi xatırlayırıq.
XIX əsrin ortalarında, Allah Həzrət Bəhaullahı (adın mənası “Allahın Cəlalı” deməkdir) dəvət etdi ki,
insanlığa yeni Vəhyi çatdırsın. Qırx il ərzində Onun qələmindən minlərlə ayələr, məktublar və kitablar
nazil oldu. Yazılarında O, insan həyatının həm ruhani, həm də maddi tərəflərini nəzərə alan ümumdünya
sivilizasiyasının inkişafı üçün çərçivə verdi.
Mən heç vaxt dünyəvi
rəhbərliyə
can atmamışam. Mənim yeganə məqsədim Allahın Mənə əmr etdiklərini insanlara çatdırmaq olmuşdur...
--Həzrət Bəhaullah
Həzrət Bəhaullah Allahın ən son müjdəsini insanlara gətirmək üçün qırx il zindan, işgəncə və sürgünə
məruz qalmışdır. Bu gün Onun həyatı və missiyası planet boyunca daha da geniş tanınmaqdadır. Milyonlarla
insan Onun təlimlərini dünyanın yaxşılaşması üçün öz həyatlarında və cəmiyyətlərinin həyatında tətbiq
etməyi öyrənirlər.
“Bəhaullahın təlimləri bu gün bizə təqdim olunan dini təlimlərin
ən yüksək və ən pak formasıdır...
--Qraf Lev Tolstoy ( Rus yazıçısı)
1863-cü ilin aprel ayı, Bağdad küçələri əvvəllər heç vaxt belə bir mənzərənin şahidi olmamışdı. Kişilər və qadınlar, cavan və qoca, cəmiyyətin bütün təbəqələrindən olan insanlar, Dəclə çayının sahilinə aparan əsas yola toplaşmışdılar ki, onların dostu, təsəlli verəni və bələdçisi olmuş Kəslə göz yaşları ilə vidalaşsınlar. Həzrət Bəhaullah kimi tanınan Mirzə Hüseyn Əlini onlardan ayırıb sürgün edirdilər. Təlimləri iyirmi il öncə İran boyunca yayılmış Həzrət Babın məşhur bir ardıcılı kimi doğulduğu imtiyazlı həyatı tərk etmiş və əvəzində bütün ömrü boyu sürəcək məhbusluq və sürgün həyatına qucağını açmışdı. Məhz bu gün, ardıcıllarının artıq şübhələndikləri bir müjdəni - Onun Həzrət Babın müjdələdəyi İlahi Mürəbbi olmasını, keçmişin zülm və ədalətsizliklərinin öz yerini dünya sülhünə, ədalətə və millətlər arasında birliyə verəcəyi yeni tarixi eranı başladan bir Kəs olmasını elan edəndə Həzrət Bəhaullahın ardıcıllarının məyusluğu tezliklə ümidə dönəcəkdi. “İlahi Bahar”, O birmənalı şəkildə bəyan etdi, “gəlmişdir”.
Erkən Həyatıİlahi Vəhy
1852-ci ildə, Həzrət Bəhaullah İran şahı Nəsrəddin şahın həyatına qəsddə ortaqlıq kimi saxta bir ittihamla mühakimə olundu. Onun əleyhinə hökm çıxanda, O Özü ittihamçıların yanına gəldi və onlar bundan heyrətə gəldilər. Onlar Onu ayaqyalın və zəncirdə, izdihamla dolu küçələrdən Siyahçal adı ilə tanınan bədnam yeraltı zindana gətirdilər. Bu zindan vaxtilə hamamın su anbarı olmuşdu. Zindanın divarları arasında məhbuslar onun soyuq, üfunətli havasında dözülməz dərəcədə ağır olan zəncirlərlə bir-birlərinə bağlanaraq zülm çəkirdilər. Bu zəncirlərin izi Həzrət Bəhaullahın bədənində ömrünün sonuna qədər qalmışdı. Məhz bu dəhşətli şəraitdə ən nadir və ən əziz hadisələrdən biri baş verdi: fani insan, zahirən bütün cəhətləri ilə adi bir insan bəşəriyyətə yeni bir müjdə gətirmək üçün Allah tərəfindən seçilmişdi. Haqqında Həzrət Musanın, Həzrət İsanın və Həzrət Məhəmmədin bizə gəlib çıxmış ancaq dolayısı yolla rəvayətlərində toxunulan İlahi Vəhyin alınması təcrübəsi Həzrət Bəhaullahın Öz sözləri ilə təsvir olunur: “Tehranda zindanda qaldığım günlərdə, hərçənd dəriyə işləyən zəncirlərin ağırlığından və iyrənc qoxudan az da olsa yata bilirdim, lakin o nadir mürgülü anlarda Mən başımdan sinəmə, sanki uca dağın zirvəsindən yerə can atan qüdrətli bir cərəyan kimi nəyinsə axdığını hiss etdim... Bu anlarda Mənim dilim elə şeylər söyləyirdi ki, heç bir insan onu eşitməyə tab gətirməz.”Bağdada sürgün
Şiddətli iztirablarla dolu dörd aydan sonra Həzrət Bəhaullah buraxıldı və vətəni İrandan həmişəlik sürgün edildi. Özü və ailəsi əvvəlcə Bağdada – indiki İraqın şimal hissəsinə sürgün olundular. Orada Həzrət Babın qalan ardıcılları əxlaqi və ruhani rəhbərlik üçün getdikcə Həzrət Bəhaullaha üz tutdular. Onun xasiyyətinin nəcibliyi, Onun məsləhətinin müdrikliyi, hamıya yağdırdığı mehribanlıq, Onda getikcə müşahidə olunan fövqəl-insani əlamətlər əzilmiş icmanı canlandırdı. Həzrət Bəhaullahın onların rəhbəri kimi meydana çıxması Onun iddialı kiçik ögey qardaşı Mirzə Yəhyada paxıllıq yaratdı. Gərginlik səbəbi olmaqdan qaçmaq üçün Həzrət Bəhaullah çıxıb Kürdüstan dağlarına getdi. Özünün ilahi məqsədi üzərində təfəkkür edərək iki il orada qaldı. Onun çəkilməsi Həzrət Musanın Sina dağına çəkilməsini, Həzrət Məsihin səhralardakı günlərini, Həzrət Məhəmmədin Ərəb təpələrinə çəkilməsini xatırladırdı. Yenə də bu ucqar bölgədə Həzrət Bəhaulahın şöhrəti yayıldı. İnsanlar dərin müdrikliyə malik bir şəxsin orada yaşadığını eşitdilər. Bu cür xəbərlər Bağdada yetişəndə, babilər onun Həzrət Bəhaullah olduğunu güman edərək yanına nümayəndə göndərdilər ki, yalvarıb Onun qayıtmasını rica etsin. Yenidən Bağdada qayıdan Həzrət Bəhaullah Həzrət Babın ardıcıllarını canlandırdı; İcmanın nüfuzu artdı, Özünün nüfuzu isə daha da yayıldı. Bu zaman O, Özünün ən məşhur Yazılarını – Gizli Kəlamlar, Yeddi Vadi və Kitab`i-İqanı yazdı. Həzrət Bəhaullahın Yazıları Onun məqamına işarələr (eyham) vursa da, Öz Missiyasını açıq elan etməyin zamanı deyildi. Həzrət Bəhaullahın şöhrəti yayıldıqca, bəzi ruhanilərin həsəd və bədxahlığı yenidən alışdı. İran şahına məktublar göndərildi ki, o, Osmanlı sultanından Həzrət Bəhaullahı İran sərhədlərindən uzaqlaşdırmasını xahiş etsin. İkinci sürgünə hökm verildi. 1863-cü ilin aprelində, Bağdaddan İstanbula yola düşməzdən qısa bir zaman öncə, Həzrət Bəhaullah və Onun yoldaşları Onun Rizvan – Cənnət – adlandırdığı bağda on iki gün qaldılar. Orada, Dəclə çayının sahilində, Həzrət Bəhaullah Özünün Həzrət Babın vəd verdiyi Kəs – Allahın bəşəriyyətin yetkinlik dövrü üçün və dünyanın bütün dini yazılarında öncədən xəbər verilmiş Məzhəri olduğunu elan etdi.Sonrakı Sürgünlər
Bağdaddan ayrıldıqdan üç ay sonra, Həzrət Bəhaullah və yoldaşları İstanbula çatdılar. Onlar orada ancaq dörd ay qaldılar, daha sonra görünməmiş bir qış soyuğunda son dərəcə çətin və üzücü səfərə çıxmağa məcbur edilərək Ədirnəyə sürgün olundular. Ədirnədə yaşadıqları yer onları dözülməz soyuqdan qoruya bilmədi. Həzrət Bəhaullah Ədirnəyə “Ucqar məhbəs” adı verdi. Onların yaşayış üçün çox əlverişsiz bir şəraitdə yaşamağa məcbur edilmələrinə baxmayaraq, Həzrət Bəhaullahın qələmindən Vəhy ayələri nazil olmaqda idi və Onun təlimləri Misir və Hindistan kimi uzaq ölkələrə çatdı.Bu müddətdə, Həzrət Bəhaullahın paxıl ögey qardaşı Mirzə Yəhya Onu zəhərləmək üçün hiyləyə əl atdı. Bu müddətdə, Həzrət Bəhaullahın paxıl ögey qardaşı Mirzə Yəhya Onu zəhərləmək üçün hiyləyə əl atdı.Bu faciəvi hadisədən sonra zəhərlənməsi səbəbindən Həzrət Bəhaullahın əlinin titrəməsi ömrünün sonuna qədər Onun əl yazılarında özünü göstərdi. 1867-ci ilin sentyabrından başlayaraq, Həzrət Bəhaullah dövrünün dövlət başçılarına silsilə məktublarını yazdı. Bu peyğəmbərlik yazılarında, O, yeni bir dövrün başlanmasından danışaraq missiyasını açıq elan etdi. Lakin O xəbərdarlıq etdi ki, əvvəlcə, dünyanın siyasi və sosial nizamında fəlakətli çevrilişlər olacaqdır. O, dünya liderlərini ədaləti müdafiə etməyə və öz təbəələrinin haqlarına hörmət etməyə çağırdı. O, onları dəvət etdi ki, bir toplantı çağırsınlar və orada müharibələrə son qoysunlar. O buyurdu ki, daimi sülh ancaq kollektiv addım atmaqla mümkündür. Onun xəbərdarlıqlarına qulaq asmadılar. Həzrət Bəhaullaha böhtan atanların davamlı təbliğatı Osmanlı hökumətinin Onu son dəfə ən bədnam cəza koloniyasına sürgün etməsinə səbəb oldu. 1868-ci il avqustun 31-də Aralıq dənizi sahilindəki Əkka şəhərinə gələrək, Həzrət Bəhaullah həyatının qalan hissəsini bu qala-şəhərdə və onun ətafında yaşamalı oldu. İki ildən çox bir müddətdə zindana salınaraq, Həzrət Bəhaullah və yoldaşları sonralar şəhər daxilində darısqal bir evə köçdülər. Yavaş-yavaş, bəhailərin – xüsusilə də Həzrət Bəhaullahın böyük oğlu Həzrət Əbdül-Bəhanın – əxlaqı həbsxana nəzarətçilərinin ürəyini yumşaltdı və Əkkanın sakinlərinin cəhalətpərəstlik və biganəliklərini dəf etdi. Bağdadda və Ədirnədə olduğu kimi, Həzrət Bəhaullahın xasiyyətinin nəcibliyi tədricən daha geniş cəmiyyətin, o cümlədən, bəzi liderlərin heyranlığını qazandı. Kitab`i-Əqdəsin 1902-ci ildə Həzrət Əbdül-Bəha tərəfindən təsdiq olunmuş illüstrasiyalı nüsxəsi Əkkada Həzrət Bəhaullah ən mühüm kitabı olan Kitab`i-Əqdəsi (Ən Müqəddəs Kitab) nazil etdi ki, bu da Onun Dininin əsas qanun və prinsiplərini əhatə etdi və qlobal inzibati nəzmin təməlini qoydu.