XX əsrin ilk illərində Həzrət Bəhaullahın böyük oğlu Əbdül-Bəha, Bəhai Dininin nümunəvi Təmsilçisi,
sosial ədalətin müdafiəçisi və beynəlxalq sülhün səfiri kimi məşhur idi.
Həzrət Bəhaullah təlimlərinin təməl prinsipi olan birliyi saxlamaq və Baniləri vəfat etdikdən sonra
təriqətlərə parçalanan dinlərin yaşadıqları taleni heç vaxt yaşamaması üçün Öz dinində zəruri təminatı
yaratdı. Yazılarında O, hamıya təkcə Bəhai Yazılarının səlahiyyətli Şərhçisi kimi deyil, həm də Dinin
ruhu və təlimlərinin kamil Nümunəsi olan böyük Oğlu həzrət Əbdül-Bəhaya üz tutmalarını göstəriş verdi.
Həzrət Bəhaullahın süudundan sonra, Həzrət Əbdül-Bəhanın
xasiyyətinin qeyri-adi keyfiyyətləri,Onun
biliyi və bəşəriyyətə xidməti Həzrət Bəhaullahın təlimlərini əməldə canlı nümayiş etdirdi və bütün
dünyada sürətlə yayılan dinə böyük nüfuz gətirdi.
Həzrət Əbdül-Bəha Öz xidmət dövrünü Atasının Dininin inkişafına, sülh və birlik ideallarının
irəlilədilməsinə həsr etdi. O, yerli Bəhai təsisatlarının qurulmasını təşviq etdi, yaranmaqda olan
təhsil, sosial və iqtisadi təşəbbüsləri yönəltdi. Bir ömür sürən məhbusluqdan azad olduqdan sonra Həzrət
Əbdül-Bəha silsilə səfərlərə başladı və Misirə, Avropaya və Şimali Amerikaya getdi. Bütün həyatı boyu o
parlaq sadəliklə yüksək və aşağı mənsəb sahiblərinə cəmiyyətin ruhani və sosial cəhətdən yenilənməsi
barədə Həzrət Bəhaullahın hökmlərini nümayiş etdirdi.
Onunla ünsiyyət
edən hər kəs, Onun simasında son dərəcə bilikli, ovsunlayıcı nitqə malik, ürəkləri və ağılları cəzb
edən, Özünü bəşəriyyətin birliyi inancına həsr edən bir Şəxsi görürdü…
-Əl-Müəyyəd qəzeti, Misir,
16 oktyabr, 1910-cu il
1844-cü il 22 mayın axşamı insanlığın tarixində əhəmiyyətli bir hadisə baş verdi. İranın Şiraz şəhərində dünya üçün yeni bir dini dövrün başlaması bəyan edildi. Elə həmin gün gecəyarısı Tehranda bir uşaq doğuldu. Həzrət Bəhaullah uşağa atasının şərəfinə Abbas adı verdi. Lakin bir zaman gəldi ki, Abbas Özünü Əbdül-Bəha (Bəhanın Qulu) adlandırdı və bəşəriyyətə xidmət həyatı ilə O, Həzrət Bəhaullahın təlimlərinin canlı mücəssəməsi və nümunəsi kimi tanındı.
Erkən HəyatıHəzrət Bəhaullahın Xidmətində
Həzrət Bəhaullah, nəhayət, qayıdanda, 12 yaşlı oğlanın sevincinin həddi-hüdudu yox idi. Çox gənc olmasına baxmayaraq, Həzrət Əbdül-Bəha artıq intuitiv olaraq, Atasının məqamını tanımışdı. Bundan sonrakı illərdə Həzrət Əbdül-Bəha Həzrət Bəhaullahın nümayəndəsi və katibi oldu. O, Atasını lazımsız qayğılardan və Ona ziyan vurmaq istəyən bədxahlardan qorudu. Müdriklər və alimlərlə onların fikirlərini məşğul edən mövzu və məsələlər ətrafında onlarla söhbətlər edərək Atasının ardıcıllarının çevrəsindən kənarda da hörmət qazandı. Hələ on yaşlarında ikən yazdığı bir şərh Onun artıq dərin bilik və anlayışını, dildə qeyri-adi ustalığını göstərdi. Bütün sürgünlər boyu, Həzrət Əbdül-Bəha həmçinin, hökumət dairələri ilə müxtəlif danışıqların da yükünü üzərinə götürdü. Həzrət Bəhaullahın Əkkaya son sürgünü zamanı, Həzrət Əbdül-Bəha Atasını mühafizə etməkdə davam etdi, Onun ardıcıllarının qayğısına qaldı, şəhərdəki xəstə və yoxsullara qulluq etdi, rəhimli olmayan və ürəksiz həbsxana nəzarətçiləri, qəddar gözətçilər və düşmən rəsmilərlə ədalət məsələlərində Öz mövqeyini saxladı. Həzrət Əbdül-Bəhanın alicənablığı, təmənnasız xidməti, prinsiplərə sadiqliyi Onu tanıyanlara və zaman keçdikcə, hətta daşürəkli düşmənlərə sevdirdi.Əhdin Mərkəzi
Ən Müqəddəs Kitabında Həzrət Bəhaullah Öz ardıcılları ilə Əhd bağladı və onlara hökm etdi ki, vəfatından sonra Həzrət Əbdül-Bəhaya üz tutsunlar, O kəs ki, Onu “Allahın nəzərdə tutduğu, bu Ən Qədim Kökdən boy verən Kəs” kimi təsvir edirdi. “Əhdin Mərkəzi” olaraq Həzrət Əbdül-Bəhanın səlahiyyəti Həzrət Bəhaullahın Vəsiyyətnaməsi də daxil olmaqla, digər mətnlərdə də təsbit olunmuşdur. Həzrət Bəhaullahın vəfatından sonra, Həzrət Əbdül-Bəha Dinin yeni ərazilərə, o cümlədən, Şimali Amerikaya və Avropaya yayılması qayğısına qaldı. O həm Şərqdən həm də Qərbdən davamlı olaraq gələn ziyarətçiləri qəbul etdi, dünyanın hər yerində bəhailər və axtaranlarla uzun yazışmalar apardı, Əkka sakinlərinə xidmətdə nümunəvi bir həyat yaşadı. Həzrət Əbdül-Bəhanın nüfuzuna paxıllıq edən kiçik ögey qardaşı Mirzə Məhəmmədəli Onun nüfuzuna xələl gətirmək və səlahiyyətlərini qəsb etməyə cəhd etdi. Onsuz da düşmən olan hökumət adamlarının fikrində Həzrət Əbdül-Bəhaya qarşı daha da şübhə yaratmaq səyləri uzun illər ərzində təkrar olaraq qoyulmuş məhdudiyyətlərlə nəticələndi.Lakin onlar da tədricən yumşalmağa doğru getdi. Bu hücumlar Onda və Onun sədaqətli ardıcıllarında böyük acılara səbəb olsa da, bu, nə icmanın birliyinə, nə də Bəhai Dininin yayılmasına ziyan vura bilmədi.Qərbə Səyahət
1907-ci ildə Həzrət Əbdül-Bəha ailəsini körfəzin o tayından, Karmel Dağının ətəyində ev tikdiyi Hayfaya köçürməyə başladı. 1908-ci ildə Osmanlı paytaxtında baş verən iğtişaşlar Gənc Türklər İnqilabı ilə nəticələndi. Sultan imperiyanın bütün dini və siyasi məhbuslarını azad etdi və 60 illik dustaqlıq və sürgündən sonra, Həzrət Əbdül-Bəha azad oldu. Çox böyük çətinliklərə baxmayaraq, dağın yamacında, düz ortada, Həzrət Bəhaullahın Özünün göstərdiyi yerdə Həzrət Babın məqbərəsi üzərində iş davam edirdi. 1909-cu ilin martında Həzrət Əbdül-Bəha Həzrət Babın mübarək qalıqlarını tikdiyi Məqama yerləşdirdi. Növbəti il, Həzrət Əbdül-Bəha Hayfadan Misirə yola düşdü. Orada vaxtını diplomatlarla, ziyalılarla, dini liderlər və jurnalistlərlə keçirərək bir il qaldı. 1911-ci il yayın sonlarında O Avropaya yola düşdü, Londona getməzdən əvvəl Fransada Thonon-les- Bains kurortunda dayandı. 1911-ci il sentyabr 10-da Londonda, Həzrət Əbdül-Bəha həyatında ilk dəfə olaraq City Temple Kilsəsinin kafedrasından ictimaiyyət qarşısında çıxış etdi. Onun sonrakı bir aylıq İngiltərə səfəri ictimaiyyət qarşısında çıxışları, mətbuatla görüşləri və fərdlərlə müsahibələri Həzrət Bəhaullahın təlimlərini və onların müasir məsələ və problemlərə tətbiqini yaymaqla ardı kəsilməyən fəaliyyətlərlə dolu idi. Londonda, sonradan da Parisdə keçən günlər elə bir tərz yaratdı ki, O bütün səfərlərində ona riayət edəcəkdi. 1912-ci ilin baharında, Həzrət Əbdül-Bəha Birləşmiş Ştatlara və Kanadaya doqquz aylıq səfər etdi. O sahildən sahilə keçir, hər cür auditoriyada çıxış edir, istənilən mənsəb və məqamdan olan insanlarla görüşürdü. İlin sonunda O, Britaniyaya qayıtdı və 1913-cü ilin əvvəlində Fransaya, oradan da Almaniya, Macarıstan, Avstriyaya getdi və may ayında Misirə qayıdaraq 1913-cü il dekabrın 5-də Müqəddəs Torpağa gəldi. Həzrət Əbdül-Bəhanın Qərbə səfəri Həzrət Bəhaullahın təlimlərinin yayılmasına və Bəhai İcmasının Avropa və Şimali Amerikada bərqərar olmasına əhəmiyyətli töhfələr verdi. Hər iki qitədə O, müasir cəmiyyətin vəziyyətindən narahat olan, sülh, qadınların hüquqları, irqi bərabərlik, sosial islahatlar və mənəvi-əxlaqi inkişaf kimi məsələlərə xidmət edən görkəmli dinləyicilər tərəfindən yüksək dərəcədə ehtiramla qarşılandı. Səfərləri zamanı Həzrət Əbdül-Bəhanın müraciətləri bəşəriyyətin vəhdətinin uzun əsrlərdən bəri gözlənilən dövrünün gəlməsinin elanı idi. O çox tez-tez sülhü bərqərar etmək üçün zəruri olan sosial şərtlərin və beynəlxalq siyasi alətlərin yaradılmasının zərurətindən danışırdı. Heç iki il keçməmiş, Onun, dünyanı saracaq münaqişə haqqında xəbərdarlıqları gerçək oldu.Böyük Müharibə
Birinci Dünya Müharibəsi başlayanda, Həzrət Əbdül-Bəhanın xaricdəki bəhailərlə əlaqəsi demək olar ki, tamamilə kəsildi. Müharibə illərini O, ətrafındakı insanların maddi və ruhani ehtiyaclarına xidmət etməyə, şəxsən geniş kənd təsərrüfatı işləri təşkil edərək Hayfada və Əkkada bütün dinlərdən olan kasıbları aclıqdan qurtarmağa həsr etdi. Fələstin insanlarına Onun xidməti Britaniya İmperiyası tərəfindən 1920-ci ildə Ona Ser titulunun verilməsi ilə qiymətləndirildi. Müharibə illərində Həzrət Əbdül-Bəha Öz dövrünün ən mühüm işlərindən birini – toplu olaraq İlahi Plan Lövhləri adlanan on dörd məktubunu yazdı. Bu Lövhlər Şimali Amerika bəhailərinə ünvanlanaraq Bəhai təlimlərinin bütün dünyada yayılması üçün lazım olan ruhani keyfiyyətlərin və münasibətlərin, həmçinin, praktiki addımların çərçivəsini verirdi.