Azərbaycan Bəhai İcması yenidən dirçəldikdən sonra cəmiyyətin həyatında fəal iştirak etmək fəaliyyətlərinə başladı. Təbii, ilk öncə bu həm Bəhai dini barədə cəmiyyətin məlumatlandırılmasını, həm də bəhailərin özlərinin bilik və qabiliyyətlərinin artırılması istiqamətində icmanın planlarının həyata keçirilməsi ilə baş verirdi.
1994-cü ildən etibarən icmadaxili təlim prosesi sistemli şəkildə irəlilədilməyə başladı və qısa bir zaman ərzində həm bəhailəri, həm də ətraf cəmiyyətdən böyük sayda insanları, xüsusilə gəncləri əhatə etdi.
Bəhai icması ətrafında olan dostlara tədricən Bəhai təlimlərinin fərdi həyata və ümumyyətlə, kollektiv şəkildə necə tətbiq etməsi barədə ciddi öyrənmələr əldə etdilər. İcmanın fəaliyyətləri gəncləri cəlb etdi və müntəzəm gənclər görüşlərinin keçirilməsi icmanın həyatının ayrılmaz elementlərindən birinə çevrildi. Bu görüşlərdə gənclər ən müxtəlif mövzularda söhbətlər edir, cəmiyyətə necə xidmət edə biləcəklərini müzakirə edirdilər.
Bəhai icmasının əsas qayğısı təlim-tərbiyə və xidmət olduğundan, icmanın bütün resursları, xüsusilə gənclər, uşaq dərsləri, yeniyetmə proqramlarının inkişafında çox fəal rol oynadılar. İcmamız ruhani həyatın da əhəmiyyətini başa düşərək dua görüşləri keçirir, həm icmamız, həm ölkəmiz, həm də dünya üçün dualar oxuyurlar. 2016-ci ildə bütün icmamız bir ay ərzidə bütün Azərbaycan üçün dua kampaniyası təşkil etdi.
Bəhai icmasının xarakterik xüsusiyyətlərindən biri onun ətraf cəmiyyətə açıq olmasıdır. Bəhailərin ətraflarındakı insanlarla münasibəti “biz və siz” və ya “biz və onlar” zehniyyəti ilə deyil, “hamımıız bir bağın gülləriyik” təfəkkürü ilə formalaşdığından açıq düşüncəli insanlar rahatlıqla bəhai tədbirlərinin iştirakçısı olur, tədbirlərə ev sahibliyi edirlər. Ona görə də icmanın təşkil etdiyi yay və qış məktəbləri, tələbələr üçün ciddi elmi yanaşma ilə cəmiyyəti oxumaq proqramı, düşərgələr, maddi və mənəvi rifah üçün məsuliyyət hissinin tərbiyə edilməsi, uşaqların tərbiyəsi və yeniyetmələrin potensialının açılmasına yönəlik proqramlar Azərbaycan bəhailərinin son 20 ildə cəmiyyətimizə verdiyi qiymətli töhfələrdir.
2010-cu illərdən gənclərin fəaliyyəti ilə icmamızda xüsusi bir canlanma olmuşdur. Onlar öz yaşıdları ilə ciddi və mənalı söhbətlər aparır, mənəvi və intellektual inkişafın zəruri şərtləri, xidmət üçün lazım olan qabiliyyət və bacarıqların əldə edilməsi üçün kurslarda iştirak edir və bütün cəmiyyətə ötürmək üçün son dərəcə mühüm bilik və təcrübə toplayırlar.
Bunlardan başqa son 20 ildə Azərbaycan icması böyük tədbirlərin təşəbbüskarı olmuş, onlara evi sahibliyi etmişdir. Bəhai təlimlərində elmə, ədəbiyyata və incəsənətə böyük əhəmiyyət verildiyindən, icma zaman-zaman incəsənət adamlarının iştirak etdikləri görüşlər keçirmiş, cəmiyyətin ağrılı sosial-mənəvi məsələləri barədə ciddi müzakirələrin təşəbbüskarı olmuşdur və bu fəaliyyətlər bu gün də davam etdirilir
2017 və 2019-cu illlər isə son dərəcə əhəmiyyətli hadisələrlə həm icmamızın, həm də əslində cəmiyyətimizin mənəvi həyatı rövnəqlənmişdir. Bu, ilk növbədə 2017-ci ildə Həzrət Bəhaullahın anadan olmasının 200 illiyi, 2019-cu ildə Həzrət Babın mövludunun 200 illiyi ilə bağlı möhtəşəm tədbirlərlə bağlıdır.
İnanırıq ki, tarixindən də göründüyü kimi, bəhailər Azərbaycanımızın mənəvi sivilizasiyada ən öndə getməsi üçün tarixi rolunu oynayacaqdır.