Həzrət Bəhaullahın yazılarında çağrılan böyük dəyişikliklər ailədən tutmuş qlobal təsisatlara qədər bütün səviyyələrdə, fərdlərdə və cəmiyyətin strukturlarında baş verməlidir. Hər bir Vəhyin məqsədi,” O bəyan edirdi, “bəşərin bütün xarakterində transformasiya yaratmaq deyildirmi, elə bir transformasiya ki, özünü həm zahirən, həm də daxilən göstərmiş olsun, onun həm daxili həyatına, həm də xarici şəraitinə təsir etsin?” Bəhailər və Həzrət Bəhaullahın baxışını bölüşən insanlar ilahi bir sivilizasiyanın nüvəsini yaratmaq − yeni fərdi və icma həyatı modeli yaratmaq və yeni təşkilatı strukturlar qurmaq üçün sistematik şəkildə işləyirlər.
İnsan tərəqqisini hədəfi insanlığın birliyidir, lakin bu, həm də onun ən mərkəzdə dayanan işləmə prinsipi kimi başa düşülməlidir. Müxtəliflikdə birlik bütün problemlərin ilk növbədə həll olmasının nəticəsi olan bir vəziyyət deyildir; bu daha çox problemlərin həlli, dərin sosial transformasiya yaratmaq vasitəsidir. İcma quruculuğuna, sosial fəaliyyətə və ictimai diskurslara insan təbiətinin nəciblikləri ilə səsləşən birləşdirici, inkluziv yanaşmalar tapmaqla, bəhai təcrübəsi zamanın ruhuna xas olan qüdrət və potensialı göstərərək yeni modelləri meydana çıxarır.