Bir bəhai öz inancını başqası ilə bölüşəndə bu hərəkət, o şəxsi inandırmaq yaxud xüsusi bir məqamı sübut etmək məqsədi daşımır. Bəhai dinində prozelitizm qadağandır. Əslində isə inancları müzakirə etmək, həyatın təməl sualları üzərində ciddi və mənalı söhbətlər aparmaq kimi səmimi bir istəyin ifadəsidir.
Həzrət Bəhaullah buyurur ki, “əgər siz bir həqiqətdən agahsınızsa, əgər başqalarında olmayan bir mirvariyə sahibsinizsə, onu son dərəcə mehriban və xoşniyyətli bir dillə onlarla paylaşın.” Daha sonra O buyurur: “Şirin və mehriban dil insanların qəlbini cəzb edir. O, ruhun qidasıdır, sözlərə məna donu geyindirir. O, hikmət və anlayış nurunun mənbəyidir.”