Bəhailər ailəyə insan cəmiyyətinin nüvəsi, ailə həyatına isə cəmiyyəti yaxşılaşdırmaq üçün zəruri olan dəyərləri və qabiliyyətləri inkişaf etdirmək üçün başlıca yer kimi baxırlar. Uşaqların mənəvi və intellektual cəhətdən təlim-tərbiyəsi uşaqlığın sevinc və məsumluğunun asanlıqla materializm gücləri tərəfindən üstələndiyi bir dünyada həyati əhəmiyyət kəsb edir.
Bəhai idealı elə bir ailə həyatıdır ki, o, valideynlər və uşaqlar arasında sevgi və hörmət dolu bir münasibət bəsləyir, qərar çıxarmada məşvərət və harmoniya prinsiplərini irəlilədir.
Bəhai təlimləri qadın və qızların öz inkişafları üçün təhsil almalarının vacibliyini vurğulayır. Məhz təhsilli analar vasitəsilə biliyin faydaları ən effektiv şəkildə və sürətlə cəmiyyətə nüfuz edə bilər. Son nəticədə, məqsəd budur ki, uşaqlar bütün forma təəssübkeşliklərdən azad bir şəkildə, insanlığın birliyini anlayaraq, hər bir insan varlığının fitrətən şərəfli və nəcib olmasını başa düşərək böyüsünlər. Həzrət Bəhaullah hər birimizi çağırır ki, bir-birimizə “bir ağacın meyvələri, bir budağın yarpaqları kimi baxaq.” Bu baxışdan ilhamlanaraq, Bəhailər uşaqların mənəvi-ruhani təlim-tərbiyəsi üçün proqramların yaradılmasında qonşuları, dostları və həmkarları ilə əməkdaşlıq edirlər.
“İnsana qiymətsiz dəyərə malik gövhərlərlə dolu bir mədən kimi baxın. Yalnız təlim-tərbiyə onun xəzinəsini açar və insanlığı ondan faydalanmağa qabil edər.” Həzrət Bəhaullah