İnsanlıq öz işlərini yenidən elə təşkil etməli olacaq ki − Həzrət Bəhaullahın baxışı budur - planetin geniş resursları bütün insan nəslinin ruhani və maddi firavanlığına nail olmaq üçün istifadə edilə bilsin. Bəhailər öz icmalarının işlərində könüllü ianə verməyin və resursları mənəvi prinsiplərlə, əxlaqla idarə etməyin necə inkişafa gətirdiyini öyrənirlər. Bəhailər Bəhai dininin fondlarına ianə verərkən buna, dünyadakı konstruktiv proseslərə töhfə verməyin praktiki bir yolu kimi baxırlar.
Bəhai icması daxilində yerli, milli, qitə və beynəlxalq səviyyədə fondlar vardır və icmanın ancaq bəhai kimi qeydiyyata alınmış üzvləri bu fondlara ianə verə bilərlər. Bu, bəhai icmasına imkan verir ki, fəaliyyətlərini aparsın və ümumi rifahı irəli aparmaq üçün maliyyə resurslarını istiqamətləndirsin. Bu fondların idarə olunması icmanın adından resursların təyinatını müəyyən etmək üçün qərar vermək səlahiyyəti olan təsisatlara həvalə edilmişdir. Fərdi bəhailər Bəhai dininin müxtəlif fondlarına fədakarlıq və sevinclə, hər biri öz vəziyyətinə və vəsaitlərinə uyğun ianə verməyə çalışırlar. İanələr fərdi xarakterdədir və könüllüdür. Fərdlərdən pul istəməyə icazə verilmir. Maddi vəsaiti könüllü olaraq paylaşmaq, öz maliyyə işlərini mənəvi-ruhani prinsiplərə uyğun idarə etməyin ahəngdar və uzlaşmış bir həyatın zəruri boyutu olması barədə insanın anlayışını bəsləyir.
“Biz özündə olan hər şeyi verməklə daim boşalan və davamlı olaraq görünməz mənbədən dolan fəvvarə və ya çeşmə kimi olmalıyıq.” − Şövqi Əfəndi