Allah hər şeyi bilir, amma heç bir fani ağıl Allahın həqiqətini tam dərk edə bilməz. Allah haqqında biliklərimiz nə qədər geniş və yaradıcı olursa olsun hər zaman insan ağlının sərhədləri ilə məhdudlaşacaqdır.
Allah bütün dövrlərdə insanlığın ruhani, intellektual və əxlaqi imkanlarını inkişaf etdirmək məqsədilə Öz Elçilərini göndərmişdir. Onların arasında Həzrət İbrahim, Həzrət Krişna, Həzrət Zərdüşt, Həzrət Musa, Həzrət Budda, Həzrət İsa, Həzrət Məhəmməd və daha yaxın tarixlərdə Həzrət Bab və Həzrət Bəhaullah var. Hər dəfə bir Allah Elçisinin gəlişinin ardınca dünyada qeyri-adi hadisələr baş verir. Bu Elçilərin Təlimləri insanları hərəkətə gətirir və Sivilizasiyanın inkişafında iştirak etmək imkanlarını əvvəllər görünməmiş dərəcədə canlandırır.
Bu gün biz özümüzü insan irqinin yetkinlik dövrünün hüdudlarında tapırıq. Bəşəriyyət müxtəlif inkişaf mərhələlərindən keçərək artıq körpəlik və uşaqlıq dövrlərini geridə qoymuşdur. Dünyanın hər bir yerində insan cəmiyyətləri köklü dəyişikliklərə məruz qalmaqdadır. Gördüklərimiz bütün bəşəriyyətin yeni Vahid Planetar Mədəniyyətdə birləşməsindən başqa bir şey deyildir.