Həzrət Bəhaullah, dinin "dünyada tərəqqinin, millətlərin inkişafının, xalqların əmin-amanlığının ən
böyük səbəbi” - olduğunu söyləyib. O, buyurur: "Hər Zühurun məqsəd və qayəsi, bəşər xarakterinin,
görünən və görünməyən şəkildə içdən və xaricdən, dəyişib başqalaşdırmaqdır." Zühur Allahın
məzhəridir. Onun gəlişi ilə dünyada fövqəladə dəyişikliklər baş verir. Onun təlimləri insan
motivinin köklərinə çataraq, bütün cəmiyyətlərdə Sivilizasiyanın əvvəllər mümkün olmayan inkişafına
töhfə verəcək gücləri ortaya çıxarır.
Hər dəfə daha böyük və daha fərqli cəmiyyətləri və mədəniyyətləri bir araya gətirəcək universal
qanunlar və təşkilati sistemlər meydana gətirir.
Beləliklə, Sivilizasiya yaratma prosesinin hərəkətverici qüvvəsi və insanın inkişafının əsas amili
kimi Dinin həm əxlaqı kamilləşdirmə və saflaşdırma imkanları, həm də ictimai əlaqələrə dərindən
təsiretmə gücü vardır.
Bir-birinin ardınca gələn Allahın Elçilərinin bəşəriyyətə nazil etdikləri təlimlərdə "hər insanın
bədəninə yeni bir ruh üfləyəcək gizli bir qüdrət var."Bu təlimlər, qəbul edildikdən sonra köhnə
düşüncələr, anlayışlar alt-üst olur, inancın ən dərin səviyyələrində yeni anlayışlar bərqərar olur.
İlahi təlimlər "təmiz niyyətə, yüksək məqsədlərə, saflığa və ləkəsiz həyata, tükənməz bir nəzakət və
şəfqətə, söz verdikləri zaman sözlərini tutmağa, digərlərinin hüquqlarına hörmət göstərməyə,
comərdliyə, həyatın hər sahəsində ədalətə, xeyirxahlığın və insanlığın təhlükəsizliyinə və insanın
xidmətində yorulmaq bilməz səyə" doğru yol göstərir.
Din eyni zamanda bütün cəmiyyətləri nizam və sabitliyə çatdıran birləşdirici gücü təmin edir və "bu
dərəcədə böyük və dərin bir dəyişiklik" Allahın kəlamının nüfuzu ilə əldə olunur.
Heç bir daimi dəyişikliyə birlik və anlaşma olmadan çatmaq olmaz,
"dostluğu və birliyi yaratmağın ən mükəmməl vasitəsi həqiqi dindir." "Din, bütün ürəkləri
birləşdirməli, müharibələrin və münaqişələrin yer üzündən silinməsinə səbəb olmalı, ruhaniyyət
doğurmalı və hər ürəyə həyat və işıq verməlidir."
Dinin ictimai nizam üçün zərurliyi, qanunlar və əxlaqa birbaşa təsiri isbat olmuşdur. Dinin çırağı
sönəndə nəticə xaos və qarışıqlıqdır. Bu zaman "ədalət və insaf nuru qaralar,
güvən və inanc günəşi
işıq verməz."
Din adı altında insanlar arasında həyata keçirilən ayrılıqlar və
qarşıdurmalar, dinin əsl təbiətinə və məqsədinə ziddir. "Əgər din nifrət və ayrılmaya səbəb
olacaqsa, belə dinin olmaması daha yaxşıdır və belə bir dindən uzaqlaşmaq həqiqətən mömin bir
hərəkət olardı" - deyə Həzrət Əbdül-Bəha yazmışdır. "Sevgi və birliyə səbəb olmayan bir din, nə
olursa olsun, din deyil."