"Insan oğlu həqiqəti başqasının gözü ilə deyil, öz gözü ilə görməli, başqasının qulağı ilə deyil, öz qulağı ilə eşitməli və başqasının ağlı ilə deyil, öz ağlı ilə qəbul etməyə çalışmalıdır."
Əgər biz həqiqətin axtarışında uğur qazanmaq istəyiriksə, onda mövhumatlardan və köhnəlmiş
ənənələrdən əl çəkməliyik. Əgər bəşəriyyət sülh və ədalətli cəmiyyət yaratmaq istəyirsə, hər cür
irqi, etnik, milli, dini və ya sinfi təəssübkeşlikləri məhv etməlidir. Dünyadakı qarşıdurmaların
əsas səbəblərindən biri insanların kor-koranə və araşdırmadan müxtəlif ənənə, baxış və fikirlərə
bağlı olmasıdır. Bu da onları başqalarına qarşı dözümsüz edir və qarşıdurmalara yol açır.
Həzrət Bəhaullah izah edir ki, insan irsi inamları və cəhaləti təqlid etməməlidir. İnsan həmçinin
özünün son dərəcə haqlı, başqalarının isə səhv olması fikrindən də qəti imtina etməlidir. Kiminsə
təhriki ilə ənənə, baxış və fikirləri kor-koranə qəbul etməklə müqayisədə həqiqətin sərbəst axtarışı
insandan daha çox şey tələb edir. Həzrət Əbdül-Bəha yazır:
“Düşüncəsi sizin düşüncənizdən fərqli insanlara rast gələndə onlardan üz çevirməyin. Hamı
həqiqəti axtarır, ona doğru gedən yollar müxtəlifdir. Mülahizələrdəki fərqlərə, düşüncələrdəki
fikir ayrılıqlarına imkan verməyin ki, sizi dostlarınızdan ayırsın və ya mübahisə yaratsın. Onun
əvəzində səylə həqiqəti axtarın və bütün insanları öz dostlarınıza çevirin”
İnsanlar tərəfindən həqiqətin əsl axtarışı onların birliyinə gətirib çıxaracaqdır. Həzrət Əbdül-Bəha bu haqda deyir:
“Bütün dinlərdə həqiqət birdir və onun vasitəsi ilə bəşəriyyətin birliyi mümkündür. O zaman ki, insanlar həqiqəti axtarmağa başladılar, aşkar edəcəklər ki, birləşmişlər”.