Hər il dünyanın müxtəlif ölkələrindən müxtəlif millətlərə və irqlərə mənsub minlərlə bəhai, İsrailin şimalına Hayfa-Əkka bölgəsinə inanclarının ruhani və inzibati mərkəzlərinə ziyarətlər edirlər. Onlar Əkkanın yaxınlığında yerləşən Bəxçi məntəqəsində Həzrət Bəhaullahın və Hayfa şəhərində Həzrət Babın Məqamlarını ziyarət edib, bu Müqəddəs Astanalarda dua oxuyurlar
Həzrət Bəhaullahın sürgün illərində ardıcılları Onu şəxsən ziyarət etməkdən ötrü bəzən aylarla piyada İrandan səfər edərdilər. Həzrət Bəhaullahın vəfatından sonra Onun Məqamı - bəhailərin hər gün namaz zamanı yönəldikləri Qiblə, həyatları boyunca ən azından bir dəfə ziyarət etməyə cəhd etdikləri yerə çevrilmişdir.